Modern.az

Tərtərlilər deputat Aynur Quliyeveya məktub yazıblar

Tərtərlilər deputat Aynur Quliyeveya məktub yazıblar

Ölkə

29 İyul 2010, 12:46

“Şotlanlıları Tərtərdən çıxarın…”

 

“Tərtər sakinləri ilə bu rayonun ərazisində məskunlaşan Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında heç bir barışıq, razılıq əldə olunmayıb. Vəziyyət əvvəl olduğu kimi qalır”.   Bunu Modern.az saytına açıqlamasında tərtərlilərin deputatı Aynur Quliyeva deyib.

Hətta bu məsələ ilə bağlı Tərtər sakinləri Aynur Quliyevaya yazılı şəkildə müraciət də ediblər. Məktub rayon ağsaqqlarının imzası ilə göndərilib. Deputat saytımıza bildirb ki, məktubda göstərilir ki, tərtərlilərlə şotlanlılar arasına düşmüş qan davası kökündən həll olunmalıdı: “Hər il dörd-beş dəfə belə xoşagəlməz hadisələr baş verir. Ona görə də müraciət müəllifləri  çıxış yolunu ağdamlı məcburi köçkünlərin Tərtərdəki məskunlaşdıqları ərazidən çıxarılmasında görürlər. Müraciət edən tərtərlilər bildirirlər ki, Şotlanlı kəndinin köçkünləri Ağdam ərazisində salınmış yeni şəhərciklərə köçürülməlidirlər ki, dava-dalaşa son qoyulsun”.

Aynur Quliyeva deyib ki, tərtərlilərin məktubunu nəzərə alaraq o da deputat kimi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət edib.

Qeyd edək ki, Aynur Quliyeva da Tərtər sakinlərinin təklifini əsaslı sayır. O da çıxış yolunu Ağdamın Sotlanlı kənd sakinlərinin köçkün şəhərciklərinin birinə köçürülməsində görür.

 

Qeyd edək ki,  münaqişə iyunun 6-da Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında  baş verib. Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib. Həmçinin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı da yüngül xəsarət almışdı. Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi