Modern.az

Hemofiliyalı xəstələr üçün “yay düşərgələri”

Hemofiliyalı xəstələr üçün “yay düşərgələri”

Qarabağ

29 İyul 2010, 12:57

Respublika Hemofiliya Assosiasiyası “Faktor hər bir xəstəyə” adlı layihəyə start verəcək. Bu barədə Modern.az-a qurumun rəhbəri Gülnarə Hüseynova məlumat verib: “Layihə Səhiyyə Nazilriyinin dəstəyilə baş tutacaq. Keçən il də bu cür layihə etdik. Dünya Hemofiliya Assosiasiyası bizi lazımi dərman preparatları ilə təmin etdi. Bu dəfə də “Avromed” dərman firmasıyla işləyəcəyik”.

QHT rəhbəri deyir ki, laboratoriya avadanlığının alınması da nəzərdə tutulub: “Bundan əlavə biz artıq 5 regionda kompüter şəbəkəsi yaratmışıq. Şəbəkə iki regionda - Gəncə və Şirvanda da yaradılacaq. Gəncəyə 11 rayon, Şirvana isə 9 rayon daxildir”.

Bu yay da hemofiliyalı xəstələr üçün “yay düşərgələri” təşkil olunduğunu deyən assosiasiya rəhbəri bunun davamlı olacağını deyir: “Bu dəfə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Qubada belə bir tədbir təşkil etdik. Hər dəfə 30 nəfər aparırıq, valideynlər də övladları il birgə gedir. Onlar 4 gün ərzində həm xəstəlikləri haqqında məlumatlandılar, həm də psixloqla görüşlər oldu. Digər qrupu da yaxın günlərdə aparacağıq”.

Tez-tez bölgələrə səfər edib hemofiliyalı xəstələrlə görüşən Gülnarə Hüseynova deyir ki, rayonlarda kadr qıtlığı çox hiss olunur: “Bu yaxınlarda Daşkəsəndə olduq, dağ rayonudur, nə qədər insan ixtisaslı həkimlər olmadığından adi xəstəlikdən dünyasını dəyişir”.

  

Xumar Bayramqızı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi