Modern.az

Avqustda Bakıya nəqliyyatın intellektual idarə edilməsi üçün avadanlıqlar gətiriləcək

Avqustda Bakıya nəqliyyatın intellektual idarə edilməsi üçün avadanlıqlar gətiriləcək

29 İyul 2010, 15:31

Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi” layihəsində tətbiq ediləcək avadanlıqlara edilmiş düzəlişlərin ekspertizası məqsədi ilə Koreya Respublikasının Seul şəhərində ezamiyyətdə olub.

Xatırladaq ki, Prezidentin 2007-ci il 26 oktyabr tarixli 2469 saylı sərəncamına əsasən, həyata keçirilən Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində daha müasir və sərfəli texnologiyaların tətbiqi məqsədi ilə layihənin rəhbəri S.Məmmədov avadanlıqların daha müasirləşdirilməsi, elektron sxemlərinə və proqram təminatlarına dəyişikliklər edilməsi üçün bir sıra təkliflər verib, Koreya Respublikasının şirkətləri tərəfindən avadanlıqların nümunəvi variantları dəyişikliklər nəzərə alınmaqla istehsal edilib. Səfər zamanı Nəqliyyat Nazirliyinin nümayəndəsi avadanlıqların qiymətləndirilməsi məqsədi ilə onları istehsal edən müəssisələrdə nəqliyyat vasitələrində video aşkarlayıcı avadanlıqları istehsal edən “Cube”, svetofor kontrollerlərini istehsal edən “Kyung-Bong”, avtobus informasiya terminalları və avtobuslara quraşdırılan peyk avadanlıqlarını istehsal edən “Y&H”, qanunsuz parklamaları idarə edən avadanlığı istehsal edən “Hanil STM”, şəhərin giriş, çıxış və prospektlərində quraşdırılacaq məlumat monitor sistemlərini istehsal edən “Hanil Display” şirkətlərində olub.

Qeyd edək ki, bütün avadanlıqların istehsalı başa çatmaq üzrədir və cari ilin avqust ayının 15-dən sonra Azərbaycana göndərilməsi və bu avadanlıqların Bakı şəhərində quraşdırılmasına başlanılması nəzərdə tutulub. Beynəlxalq ekspertlərin fikrincə, aparılmış dəyişikliklərdən sonra Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi dünyada ən müasir sistem olacaq.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir