Modern.az

Milli Məclisin böyük söz və nüfuz sahibi olan deputatları

Milli Məclisin böyük söz və nüfuz sahibi olan deputatları

Parlament

29 İyul 2010, 15:59

Milli Məclisin deputatlarını ayrı-ayrı meyarlarla sıralamaq olar. Parlamentdəki fəaliyyətlərinə, seçicilərlə işləmələrinə, Azərbaycanı beynəlxalq sferada təmsil etmələrinə görə və sair. Modern.az saytının apardığı bir araşdırmaya görə, deputatlar daha bir xarakterə uyğun fəqlənirlər.

 

Ayrı-ayrı mənbələrlə söhbətlərdən sonra belə qənaətə gəlmək olur ki, Milli Məclisdə böyük söz və nüfuz sahibi olan deputalar da var ki, onların sözləri daha keçərlidir. Bunlar o sıradan olan millət vəkilləridirlər ki, hətta ən yüksək vəzifədə əyləşən məmurlar, o cümlədən nazirlər, komitə sədrləri, nazir müavinləri onların sözlərini eşidir, ciddi əhəmiyyət verir, telefon zənglərini cavablandırır, xahişlərindən imtina etmirlər. Həmin villət vəkillərinin söz və nüfuz sahibi olmalarını nəzərə alan digər deputatlar da Milli Məclisin iclaslarında onların ortaya atdıqları replikalara cavab vermirlər.   Əldə etdiyimiz məlumatlara görə, bəhs etdiyimiz “blatnoy” deputatların Milli Məclisin iclas zalının yan qonşusundakı çayxanada özlərinə məxsus yerləri də var və heç bir halda, heç kim həmin yerlər boş olsa belə, orada oturmur. O deputatların Milli Məclisə ümumi deyil, arxa qapıdan gəlib-getmələrinə də irad bildirilə bilməz. Onlar Milli Məclisin iclasını hansısa bir məsələyə yönləndirə də bilərlər.

Modern.az saytının araşdrmalarına görə Milli Məclisin böyük söz və nüfuz sahibi olan deputatları bunlardır: Fəttah Heydərov, Əli Əhmədov, Eldar İbrahimov, Cavid Qurbanov, Hacı Madər Musayev, Siyavuş Novruzov, Hadi Rəcəbli, Qənirə Paşayeva, İmamverdi İsmayılov, Səttar Mehbalıyev, Rövşən Rzayev.

 

Araşdırmalar göstərir ki, əgər bəzi məmurlar əksər hallarda digər deputaların sorğusunu cavablandırmır, telefon zənglərinə cavab vermirlərsə, adları sadalanan millət vəkillərinə qarşı belə davranmağa cəsarət göstərmirlər, əksinə daha ehtiyatla hərəkət edir, onlara “yox” deyə bilmirlər. Deyilənə görə, bəzi məmurlar hətta böyük söz və nüfuz sahibi olan deputatlara hər cür şəkildə yarınmağa da çalışırlar.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır