Modern.az

Azərbaycanda 3 gündəlik qəzet məzuniyyətə gedir

Azərbaycanda 3 gündəlik qəzet məzuniyyətə gedir

Media

30 İyul 2010, 13:01

Avqustun 2-dən “Kaspi”, “Şərq”, “Üç nöqtə” qəzetləri bütün heyətlə bir həftəlik istirahətə çıxır.   Bununla bağlı həmin qəzetlərin məsul şəxsləri modern.az saytına danışıblar.

 

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Bir həftəlik kollektiv şəkildə istirahətə çıxacağıq. İstirahətimiz gələn həftədən başlayacaq. Yaxşı istirahət tədbiri hazırlamışıq.  Avqustun 9-dan yenidən  işə başlayacağıq”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Həftənin birinci günündən bir həftəlik istirahətə çıxırıq. İşə isə avqustun 9-dan  başlayacağıq. Yaydı deyə, müəyyən qədər informasiya qıtlığı olur. Ona görə də tam kollektiv şəkildə istirahətə getməyə üstünlük verdik”.

 

“Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı: “Bu gün axırıncı iş günümüzdü. Gələn həftənin birinci günündən istirahətə çıxırıq. Avqustun 9-dan yenidən işə başalayacağıq.  Bu bir həftəlik istirahət müddətində də redaksiyada müəyyən təmir işləri aparılacaq”.

 

Təhminə Paşayeva

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?