Modern.az

«Birləşmiş partiyaya yeni ad seçilə bilər»

«Birləşmiş partiyaya yeni ad seçilə bilər»

Müsahibə

30 İyul 2010, 20:34

st1:*{behavior:url(#ieooui) }

Razi Nurullayev: «KAXCP ilə bir yerdə olmağımız mümkün görünmür»

 

Bir müddət öncə Müsavat Partiyasının rəhbəri İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birləşməsi ideyasıyla çıxış etdi. AXCP yetkililərinin müsbət reaksiyası və dərhal bu isiqamətdə fəaliyyətə keçməsi təklifin əvvəlcədən razılaşdırıldığından xəbər verdi. Lakin təhlil edərkən iki böyük partiyanın birləşməsi istiqamətində kifayət qədər problemlərin olduğu açıq görünür. Bu problemlər necə aradan qaldırıla bilər? Və ümumiyyətlə, birlik məsələsi nə dərəcədə realdır? AXCP sədrinin müavini Razi Nurullayev bu və digər suallarımıza cavab verir

 

- AXCP-nin nizamnaməsində başqa partiyaya birləşmək məsələsi var, Müsavatın nizamnaməsində isə yoxdur. Digər tərəfdən əvvəlcədən də partiyanın Müsavat adlandırılacağı fikri səslənib. Yəni İsa Qəmbər də çıxışında «birləşin özünüzə başqan seçin» deyib. Belə çıxır ki, burada söhbət AXCP-nin Müsavata birləşməsindən gedəcək?

 

- Maraqlı sualdır və eyni zamanda bu birliyi istəməyənlərin ən çox söykənəcəyi məqamlar kimi də görünür. Əslində isə, səmimi birləşmək ideyasının tərəfdarlaır üçün bu, problem olmayacaq. Müsavat partiyası gözlənilən partiya qurultayında nizamnaməsinə analoji dəyişilkliyi edə bilər və bu açığını desək, bizim gözləntimizdir. Hər iki partiya bu yöndə gözlənilən və ola biləcək maneələri aradan qalrdırmaq üçün çalışmalıdır. Bax o zaman, birliyin əksini düşünənlərin əlindən silahını almış olacayıq. Bu silahın alınması isə, doğrusu, partiya rəhbərlərinin həll edə biləcəyi məsələlərdir. Hörmətli Müsavat başqanı İsa Qəmbər, bu maneəni qaldırmaq üçün öz nüfuzundan istifadə edə bilər və qurultay da inanıram ki, başqanın təklifini yekdilliklə dəstəkləyər. AXCP-də isə sizin bildiyiniz və bilmədiyiniz maneələri aradan qaldırmaq üçün ciddi işlər aparılır və partiyanın avqustun sonuna planlaşdırılan qurultayında həmin maneələr aradan qaldırılacaq. AXCP Müsavatla birləşmək haqqında niyyət qəbul edəcək. Bütün qurultay iştirakçıları bu ideyanı dəstəkləyəcək və bununla da biz partiyanın bu yöndə çabalarının səmimi və reallığa söykəndiyini sübut etmiş olacağıq. Dediyim kimi, Müsavatın da bu addımı atmasını gözləyirik. Əlbəttə, bilməmiş deyilik ki, bunu istəməyən qüvvələr də var və bəlkə də onlar Müsavat sıralarında daha çoxdur. Amma, əsası odur ki, Müsavat başqanı, Müsavat yetkililəri bu ideyanı tam dəstəkləyirlər.

Ada gəldikdə isə, bu müzakirə mövzusudur. Əlbəttə, elə bir ad seçimi olmalıdır ki, onu hər iki tərəf qəbul etsin. Birləşmə prosesi, hər iki tərəfdən eyni dərəcədə kompromis və güzəştlər tələb edən bir proses olduğundan, hal-hazırda biz də hansı qurbanlar vermiş olacağımızı da düşünməkdəyik. Biz bunu postumuzu saxlamaq, tutduğumuz partiya ierarxiyasını saxlamaq üçün etmirik. Bizim üçün vacib olan bu birliyin monolit bir qurum olması, Azərbaycanda siyasi və sosial dəyişiklik yaratmaq bacarığına malik olması və YAP-ı açıq və şəffaf seçkilərdə tam məğlubiyyətə uğratmaqdır. Partiya sədri, hörmətli Əli Kərimli bu birlik üçün var qüvvəsi ilə çalışır və bizim partiya üçün əsas məqam Azərbaycanda demokratik yolla hakimiyyət dəyişikliyinə nail olmaqdır. Bunun dışında baş verən və altında dayanan proseslər isə nə partiya sədri, nə də bizim üçün - partiya rəhbərliyinə daxil olan siyasətçilər üçün -  önəm kəsb edir. Amma, qarşı tərəfdən gələn təkliflər də elə olmalıdır ki, o təkliflər Azərbaycan müxalifətini təmərküzləşməyə aparsın, qələbəyə aparsın və gələcək mümkün kataklizmlərdən qorusun.

Mənim şəxsi fikrimi bilsəniz, ad məsələsində təmamilə yeni bir adın tərəfdarıyam. Bu gələcək parçalanmanın və “minnət” psixologiyasının qarşısını ala bilər. Əgər bir partiyanın adı qalarsa, bu zaman psixoloji üstünlük həmin partiyanın üzvləri arasında olacaq. Bu isə, digər tərəfin psixoloji olaraq özünü ikinci dərəcəli hiss etməsinə gətirib çıxaracaq. Nəticə isə qarşılıqlı ittihamlar, incikliklər və bu da bizi təzədən “sifır” nöqtəsinə yönəldəcək. Əsas hədəf isə bu yeni partiya qarşısında hakimiyyətə yiyələnməkdir. Ad məsələsi bu missiyaya ziyan vuracaqsa, o zaman onu müzakirə etməmək daha məsləhətdir.

O biri yandan isə, hörmətli İsa Qəmbərin də çıxışında «birləşin özünüzə başqan seçin» cümləsi var. O da o anlama gəlir ki, birləşmiş qurultay buna qərar verməlidir, demək ki, birləşmiş qurultay da hansı adın olub-olmamasını qərarlaşdıracaq.

 

- AXCP Azadlıq blokundakı müttəfiqlərindən ayrılsa da, Müsavat hələki DUİ-dan, daha dəqiq desək, KAXCP-dən imtina etmək niyyətində görünmür. KAXCP -nin isə AXCP ilə münasibətlərində heç bir dönüş yoxdur. Bu vəziyyətin sonunu necə görürsünüz?

 

- AXCP-nin Azadlıq blokundakı müttəfiqləri ilə ayrılması bütün tərəflər daxil olmaqla siyasi mədəniyyət nümunəsi oldu. Bloklar əbədi ola bilməz. Bu gün lazım olan blok sabah yararsız quruma çevrilə bilər. Azadlıq bloku öz dövrü üçün rolunu oynadı və indiki zaman üçün yetərli güc ola bilməmişdi. Buna da əsas səbəb eloktoratın iki partiya AXCP və Müsavat partiyaları ətrafında təmərküzləşməsidir. Biz Azadlıq blokunu saxlaya da bilərdik və bu gün keçmiş müttəfiqlərimiz olan partiyalarla isti münasibətdəyik. Amma, həm keçmiş müttəfiqlərimizə, həm də bu gün birlik yaratmaq istədiyimiz Müsavatla oyun oynamaq istəmədik. Bizim mübarizəmiz hakimiyyət və onun yarıtmaz siyasətinə qarşı yönəlib. Biz o inancdayıq ki, Azərbaycanı daha fərqli və daha ədalətlə idarə edə bilərik. Amma, bu fərqliliyi və ədaləti KAXCP ilə birlikdə etmək müyəssər görünməməkdədir. Yaranacaq birlikdə hakimiyyətlə «vergülsüz və nöqtəsiz»  mübarizə aparan partiyaların və təşkilatların olmasını istəyirik. Əfsuslar ki, KAXCP bu yolda görünmür və o baxımdan da biz Müsavat partiyasının KAXCP ilə olan müttəfiqliyinə yenidən baxmasına şad olardıq. Bu həm də iki partiya arasında isinmə yaradar və birliyi, inamı daha da möhkəmləndirərdi. Birmənalı olaraq deyirəm ki, AXCP-nin KAXCP ilə birgə olması mümkün görünmür. Digər tərəfdən, KAXCP ilə danışıqların başlaması daha böyük problemlərin yaranmasına gətirib çıxarar. KAXCP hakimiyyətə münasibətini birmənalı açıqlayarsa, bəlkə o zaman, müəyyən kütləvi aksiyalar və seçki bloku çərçivəsində əməkdaşlıq etmək olar.

Hal-hazırda Müsavatla AXCP-nin birləşərək bir super partiya yaratmaq niyyəti ortadadır və ümid edirəm ki, bu birlik olacaq. KAXCP-nin də qeydsiz-şərtsiz bu birlikdə olmasını istərdik, əgər onlar KAXCP-ni buraxıb yeni birliyə daxil olmaq istəsələr. Rəhbərlik seçilən zaman isə, onlar da ən yüksək liderlik üçün də demokratik meyarlar çərçivəsində mübarizə apara, seçə ve seçilə bilərlər.

Yuxarıda dediklərimi o sonucla bitirmək istərdim ki, biz hal-hazırda yeni yaranan birliyi AXCP və Müsavatdan ibarət görmək istəyirik və fikirlərimizdə dönüş yarada biləcək hadisələrin də inkişafını görməməkdəyik.

 

- Kiçik partiyaların birliyə qoşulmasından niyə narahatsınız?

 

- Burada haşiyə çıxıb demək istəyirəm ki, DUİ-ya daxil olan bir neçə kiçik partiya var ki, onlar AXCP sədri Əli Kərimlinin yanında görünərək güclü olduqlarını sübut etməyə çalışırlar. Bizim isə missiyamızda ölüləri diriltmək məsələsi yoxdur. Bizim nə sehrli çubuğumuz var, nə də sehrli suyumuz. Qoy hər kəs elə hərəkət etsin ki, ölməsin, elə xəstələnsin ki, həkimin onu sağaltmağa gücü çatsın. Elə partiyalar var ki, onların xəstəliyi sağalan deyil. Qoy böyük tanrı verdiyi ömür qədər yaşasınlar. Amma, bizim onların ömrünü uzatmaq fikrimiz yoxdur.

Təklifim bundan ibarətdir ki, Müsavat və AXCP nüvə olaraq qalsın, digər partiya və təşkilatlar isə onun ətrafında yaradılan alt qurumda birləşsinlər. 

 

- AXCP-nin hansısa quruma birləşəcəyini (hətta bunu müzakirə obyekti edəcəyini belə) dünənə qədər təsəvvür etmək olmazdı. Üstəlik Əli Kərimlinin sədrlik məsələsində Müsavatdakı «div»lərlə baş-başa gəlib risqə getməsi də təəccüblü görünür. Ağıla üç variant gəlir: partiyalar blef edir, AXCP-nin vəziyyəti doğurdan ağırdır, xaricdən sifariş.

Şübhəmizi əsaslı surətdə dağıtmaq üçün hansı arqumentləri gətirə bilərsiniz?

 

- Haqlısınız ki, AXCP kimi şərəfli keçmişə malik bir partiyanın, minlərlə dönməz, əqidəli və cəfakeş üzvlərə malik bir partiyanın bü gün hətta öz adında da imtina edərək yeni bir partiyada birləşməsi ağır və üzücü görünür. Əlbəttə, bu kiməsə üzücü, kiməsə isə onun zəifliyi kimi görünməkdədir. Amma, bu həm də partiya sədrinin və onun üzvlərinin böyüklüyünün, sədaqətinin, səmimiyyətinin, Azərbaycan xalqının xöşbəxt və firavan gələcəyini düşünməsinin göstəricisidir. Bu o deməkdir ki, AXCP sədri Əli Kərimli kreslo davası etməməkdədir, o xalqını, millətini düşünür. AXCP yetgililəri vəzifə və post düşgünü deyillər. Ona görə də AXCP bilərəkdən və düşünərək bu birləşmə yolunu seçdi. Doğrudan da bu birləşmədə kifayət qədər çətinliklər, üzüntülər, əsəb gərginlikləri olacaq. Birmənalı onu deyə bilərəm ki, biz AXCP olaraq bütün intriqalardan qaçmağa çalışacayıq və bədxahların da əlinə əsas verməyəcəyik. Hər iki partiyanın birləşdirici qurultayı keçiriləcək və yeni partiyanın da sədri orada səs çoxluğu ilə seçiləcəkdir.

 

 

Hüseyn

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir