Modern.az

Atçılıq turizminə aid tədbir olacaq

Atçılıq turizminə aid tədbir olacaq

Mədəni̇yyət

31 İyul 2010, 19:16

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi və Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə atçılıq turizminin təbliği və təşviqi məqsədilə tədbirlər həyata keçirilir. Bununla əlaqədar 3 - 5 avqust tarixlərində daxili turizm bazarında fəaliyyət göstərən aparıcı turizm şirkətləri və KİV nümayəndələri üçün Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində  infotur keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 15 yaxın turist şirkətinin nümayəndəsinin iştirak edəcəyi tədbirdə yeni atüstü turist marşrutlarının təqdimatı nəzərdə tutulub. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir