Modern.az

Sumqayıtın icra başçısı sumqayıtlıların suallarını internetdə cavablandıracaq

Sumqayıtın icra başçısı sumqayıtlıların suallarını internetdə cavablandıracaq

Təhsil

5 Oktyabr 2009, 20:32

Sumqayıt şəhər İcra Hakimiyyətinin veb-səhifəsində (www.sumqayit-ih.gov.az) sumqayıtlılar üçün maraqlı forum keçirilir. Belə ki, forumun qonağı Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevdir. Sumqayıt şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, foruma qatılmaq istəyən şəxslərdən sualların qəbuluna oktyabrın 5-də start verilib.
Suallar oktyabrın 20-dək qəbul olunacaq. Bu müddətdə istənilən şəxs onu maraqlandıran məsələ ilə bağlı Vaqif Əliyevdən cavab istəyə bilər. Sualların cavabları oktyabr ayının 24-dən sonra dərc olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu