Modern.az

FİFA penalti qaydalarına dəyişiklik edib

FİFA penalti qaydalarına dəyişiklik edib

3 Avqust 2010, 14:04

FİFA penalti vuruşları ilə bağlı qaydaları deyişib. Qaydalara görə, əgər bundan sonra futbolçu qapıçını aldadan hərəkətə yol verərsə, vurulan qol hesaba alınmayacaq. Konkret olaraq, FİFA-nın yeni qərarına əsasən, yeni mövsümdən etibarən penaltini yerinə yetirən futbolçu topa zərbə endirən kimi davranarsa və yalnız qapıçı yerə yıxıldıqdan sonra zərbə vurarsa, qol olmayacağı halda, penalti təkrar yerinə yetirilməyəcək. Belə halda qol olsa, penalti yenidən yerinə yetiriləcək.
Futbolçu isə qolun olub-olmamasına rəğmən, qapıçını aldadan hərəkətə yol verdiyi üçün sarı vərəqə ilə cəzalandırılacaq.
Əgər penalti zamanı top qapıdan keçməsə, o zaman qapıçı topu öz meydançasından oyuna daxil edəcək.
FİFA bu qərarını sözügedən penalti vuruşlarının «Fair-play» qaydalarına zidd olması ilə əlaqələndirib. Beynəlxalq futbol qurumu bununla bağlı bütün futbol federasiyalarını rəsmən məlumatlandırıb və onları növbəti mövsümdən etibarən bu qaydanı tətbiq etməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir