Modern.az

Əhməd Davudoğlu ermənini özünə baş məsləhətçi götürdü

Əhməd Davudoğlu ermənini özünə baş məsləhətçi götürdü

25 Oktyabr 2014, 10:42


Türkiyənin baş naziri Əhməd Davudoğlu A komandasına sürpriz bir adı daxil edib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ağıllı İnsanlar Heyəti”nə də daxil edilən jurnalist-yazar Etyen Mahçupyan Ə.Davudoğlunun baş məsləhətçisi olub.

Məlumatda qeyd edilir ki, Davudoğlu Mahçupyana “Aqil İnsanlar”ın yığıncağında məsləhətçilik təklifini irəli sürüb, Mahçupyan “məmnuniyyətlə” deyərək, təklifi qəbul etdiyini bildirib.

Beləliklə, Mahçupyan Türkiyə hakimiyyətində ilk müsəlman olmayan məsləhətçi kimi tarixə düşəcək.

Mahçupyan 1972-ci də Boğaziçi Universitetinin kimya mühəndisliyi fakültəsinin məzunu olub və eyni universitetdəki elmi fəaliyyəti sayəsində yüksək dərəcə alıb. Ankara Universiteti siyasi məlumatlar fakültəsinin iqtisad bölməsində də yüksək dərəcə alan Mahçupyan “Radikal” qəzeti və ermənilərin “Agos” mətbu orqanında çalışıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər