Modern.az

Parlament Jurnalistləri Birliyi mənzil məsələsinin müzakirəsi ilə bağli işçi qrup yaratdı

Parlament Jurnalistləri Birliyi mənzil məsələsinin müzakirəsi ilə bağli işçi qrup yaratdı

Media

4 Avqust 2010, 13:39

Modern.az saytı xəbər verir ki, Parlament Jurnalistləri Birliyi Azərbaycan Prezidenti İlham Əliyevin “Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı ilə bağlı ictimai müzakirələrə başlayır. Bu barədə qurumu sədri Elşad Eyvazlı məlumat verib.

O qeyd edib ki, qurum nəzərdə tutulan ictimai müzakirələrin aparılması məqsədilə işçi qrup yaradıb. İşçi qrupun tərkibi artıq müəyyənləşib və gələn həftədən etibarən fəaliyyətə başlayacaq.

Yaradılmış işçi qrup PJB-nin 2005-ci ildən bəri  jurnalistlərin sosal vəziyyəti ilə bağlı 5 il ərzində apadlğı monitorinq və təhliiləri əsasında özünün təkliflər paketini hazırlayıb.

İşçi qrupun üzvləri Azərbaycan Mətbuat Şurasıın sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, ölkənin aparıcı KİV vasitələrinin rəhbərləri və ayrı-ayrı jurnalistlərlə görüşlər keçirməyi planlaşdırır. Bu görüşlər zamanı hazırlanan təkliflər müzakirəyə çıxarılmaq üçün onlara təqdim ediləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı