Modern.az

Hitlerin 30 ildir qadağan olunmuş filmi ekranlara gəlir

Hitlerin 30 ildir qadağan olunmuş filmi ekranlara gəlir

4 Avqust 2010, 18:20

Hitlerin məişət həyatını izah edən və 30 ildir nümayişi qadağan olunan “Svastika” adlı film ABŞ və Almaniyada təkrar ekranlara qayıdır. 1973-cü ildə çəkilən filmdə Hitlerin sevgilisi Eva Braun tərəfindən 16 mm kamera ilə çəkilmiş və daha əvvəl heç bir yerdə göstərilməmiş rəngli görünüşlər də yer alır.

“Swastika” filmi Hitlerin insani üzünü şərhsiz olaraq əks etdirməyə çalışır. Hitler filmdə uşaqlarla oynayarkən, qonaqlarını qəbul edərkən və naharda olarkən görülür.

1973-cü ildə “Cannes” film festivalında ilk dəfə nümayiş etdirilən film o gündən bəri Almaniyada qadağan olunub.   Qadağan olunmuş ekran əsəri “Cannes” macərasından sonra Fransa, İngiltərə və ABŞ-da göstərildi. Lakin daha sonra sirrli bir şəkildə ortadan çıxarılan film aradan keçən 30 ildə yalnız bəzi xüsusi film klublarında və universitetlərdə göstərildi.

Film ilk dəfə avqustun 1-də Polşada nümayiş etdirilib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir