Modern.az

Qanunu pozan telekanallara qarşı cərimələr artırılacaq

Qanunu pozan telekanallara qarşı cərimələr artırılacaq

6 Oktyabr 2009, 10:54

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mətbuatda telekanallarla bağlı tənqidi fikirlərlə çıxış etməsindən sonra efir məkanındakı problemlərin müzakirəsi artıb. Son bir neçə gündə teleməkanın vəziyyətinə dair müxtəlif müzakirələr aparılır, çeşidli fikirlər səsləndirilir. Bu arada Milli Televiziya və Radio Şurası (MTRŞ) “Televiziya və radio yayımı haqqında” Qanuna bəzi əlavə və dəyişiklik edilməsi üçün təklif irəli sürüb. Bu barədə Modern.az-a MTRŞ sədri Nuşirəvan Məhərəmli məlumat verib. Saytımıza açıqlamasında N.Məhərrəmli bildirib ki, “Televiziya və radio yayımı haqqında” Qanunda milli-mənəvi dəyərlərin pozulmasına görə cəza nəzərdə tutulsa da, bunun həyata keçirilmə mexanizmi məlum deyil. MTRŞ İnzibati Xətalar Məcəlləsinə milli-mənəvi dəyərlərin pozulmasına görə cərimə nəzərdə tutan ayrıca bəndin əlavə olumması üçün müvafiq layihə hazırlayıb. Həmin layihə artıq Milli Məclisin müvafiq komissiyasına təqdim edilib. N.Məhərrəmli onu da deyib ki, “Televiziya və radio yayımı haqqında” Qanunun pozulmasına görə cərimələrin məbləği də çox aşağıdır. Şura sədrinin sözlərinə görə, hazırda qanunu pozan telekanallara qarşı 200-300 manat cərimə tətbiq olunur: “Hesab edirəm “Televiziya və radio yayımı haqqında” Qanunun pozulmasına görə cərimələr bir neçə dəfə artırılmalıdır ki, televiziyalar onu hiss edə bilsinlər. Təcrübə göstərir ki, cərimələrin 200-300 manat arasında dəyişmısi telekanalları ciddi narahat etmir”. Nuşirəvan Məhərrəmli bildirib ki, MTRŞ “Televiziya və radio yayımı haqqında” Qanunun pozulmasına görə cərimələrin bir neçə dəfə artırılması üçün də təkliflər hazırlayır və tezliklə onu aidiyyatı orqana təqdim edəcək

.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir