Modern.az

Sərkərdə İsgəndər sudan zəhərlənibmiş

Sərkərdə İsgəndər sudan zəhərlənibmiş

İqtisadiyyat

5 Avqust 2010, 11:26

Dahi sərkərdə və hökmdar Makedoniyalı İsgəndər qədim zamanlarda Yunanıstanda axan çay suyundan zəhərlənib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir qənaətə Kaliforniya Stenford Universitetinin alimləri gəliblər. Tarixi xronologiyaya uyğun olaraq  İsgəndər Vavilonda Navuxodonosor sarayında özünü pis hiss edib. Sonrakı 12 gün ərzində İsgəndər qara ciyərin kəskin sancılarından aqoniya vəziyyətində olub və qızdırma keçirib.   İsgəndər tez bir vaxtda koma vəziyyətinə düşüb və bizim eradan əvvəl 323-cü il iyunun 10 və ya 11-də 33 yaşında vəfat edib.

Bir neçə əsr ərzində hesab olunurdu ki, İsgəndər ya yatalaq ya da malyariyadan ölüb. Belə fikirlər də dolaşırdı ki, İsgəndəri zəhərləyiblər, lakin hamı İsgəndərin necə, hansı şəraitdə zəhərlənməsi sualı üzərində baş sındırıb.

Amerika alimləri müəyyən ediblər ki, sərkərdəni antik dövrlərdə mövcud olmuş Stiks çayından götürülmüş su ilə zəhərləyiblər. Bu çay indi də mövcuddur. Bu çay hazırda Yunanıstanda Peleponnes yarımadasındakı dağlarda axır və Mavroneri və ya “Qara su” adını daşıyır.

Stenford Universitetinin mütəxəssisləri bu suyun dərin biokimyəvi analizini aparıblar  və müəyyən ediblər ki, bu suda zəhərli bakteriya var. Sudan tapılmış kalixeamisin adlı maddə çox toksikdir.  Bu maddənin insan orqanizminə təsiri İsgəndərin xəstəliyinin simptomları ilə tam üst-üstə düşür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir