Modern.az

Mərhum jurnalistə xüsusi buraxılış həsr olunub

Mərhum jurnalistə xüsusi buraxılış həsr olunub

Təhsil

31 Oktyabr 2014, 11:57

Ötən ay avtomobil qəzasında vaxtsız həyatdan köçən jurnalist Fuad Turan Abdurahmanlının vəfatından 40 gün ötür. “Türküstan” qəzeti F.Abdurahmanlının xatirəsinə xüsusi buraxılış həsr edib.

“Tanrı dağında bizi gözlə,.. Fuad!” adlı buraxılışda bir sıra ictimai xadimlərin, millət vəkillərinin, aydınların, jurnalistlərin, sənətçilərin, dostların Fuadla bağlı düşüncələri yer alıb.

Xatırladaq ki, F.Abdurahmanlı “Türküstan” qəzetinin saytının (Turkustan.net) redaktoru işləyirdi.

F. Abdurahmanlı 1986-cı ildə Şəkidə doğulub. Sumqayıt Dövlət Universitetinin Politologiya fakültəsini bitirib. 2013-cü ildə Ankara Universitetinin Siyasi Bilgilər Fakültəsinə magistr pilləsinə daxil olmuşdu. Siyasi elmlər və dövlət idarəetməsi ixtisası üzrə ali təhsil alırdı. O, uzun müddət Dünya Azərbaycanlıları Konqresi (DAK) sıralarında təmsil olunub, DAK Gənclər Təşkilatında fəaliyyət göstərib, son illərdə DAK Məşvərət Məclisinin üzvü olub.

Milli dəyərlərə bağlı olan F.Abdurahmanlı xüsusilə də Qarabağ, Güney Azərbaycan mövzularında həddən artıq həssaslığı ilə seçilən vətənpərvər, milli problemlərin həllinə canıyla xidmət edən nümunəvi bir gənc idi. Vətənpərvərlik onun ictimai fəaliyyətinin əsas xəttini təşkil edirdi.

Allah rəhmət eləsin! 


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır