Modern.az

Jurnalistlər MBASK-dan şikayətçidirlər...

Jurnalistlər MBASK-dan şikayətçidirlər...

5 Avqust 2010, 15:46

Modern.az saytı xəbər verir ki, MBASK Sığorta Şirkətinin 2010-cu ilin mayın 10-da jurnalistlər üçün elan etdiyi müsabiqənin nəticələrinin açıqlanmaması qələm həlində narazılıq doğurub. Məsələ burasındadır ki, müsabiqənin nəticələrinin hələ bir ay bundan əvvəl elan olunacağı bildirilmişdi. Şirkət özü nəticələrin iyulun 1-da açıqlanacağı bildirlmişdi.

Məsələ ilə bağlı şirkətin mətbuat xidmətinin rəhbəri Rəşid Rəsulov saytımıza deyib ki, müsabiqənin nəticələrinin açıqlanmasının səbəbləri münsiflərlə baglıdır: “Bəzi münsiflər xaricdədirlər və jurnalistlərin yazılarına necə qiymət verdikləri ilə bağlı bizə heç bir məlumat verməyiblər. Ona görə də nəticələrin açıqlanması yubanır”.

“Bu məsələ şirkətinizin imicinə zərbə vurmurmu” sualını isə MBASK-ın sözçüsü belə cavablandırıb: “Biz nəticələri iyulun 22-də elan etmək istəyirdik. Ancaq alınmadı. Hesab edirəm ki, bu ayın sonuna qədər müsabiqənin nəticələri açıqlanacaq, qaliblər müəyyənləşəcək. Münsiflərin də adı o zaman məlum olacaq. Bizim münsiflər adi çəxslər deyillər”.

Modern.az   

  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?