Modern.az

Milli Qəhrəman Koroğlu Rəhimov ad günündə yad edilib

Milli Qəhrəman Koroğlu Rəhimov ad günündə yad edilib

Təhsil

3 Noyabr 2014, 11:08

Oktyabrın 31-də Milli Qəhrəman Koroğlu Rəhimovun ad günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüşçü dostları, yazarlar, QHT təmsilçiləri və gənclər iştirak ediblər. Öncə tədbir iştirakçıları şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” film studiyasının çəkdiyi “Vətənim Mənim” sənədli filmi nümayiş etdirilib. Tədbirdə Milli Qəhrəmanın qardaşı İsa Rəhimov, “Əbədiyyətə qovuşan Koroğlu” kitabının müəllifi Oqtay Əliyev, Koroğlu Rəhimovun bölüyündə döyüşmüş Şahin Zəkiyev, şairə-publisist Nəsibə İsrafilqızı, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə xanım çıxış edib, Koroğlu Rəşimov kimi Milli Qəhrəmanların ömür yolu və qəhrəmanlıqlarının gənclər üçün örnək olduğunu vurğulayıblar.

Daha sonra Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov çıxış edib. Atası haqqında xatirələrini danışan Rəhad Rəhimov tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Koroğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Ailəsi 1961-ci ildə dədə-baba yurdları olan Zəngibasar mahlının Sarcalar kəndinə köçüb. 1969-cu ildə orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra ali əhsilini tamamlayıb.1979-cu ildə ailə həyatı qurub, Rəşad, Sami rvə Ülviyyə adlı övladları dünyaya göz açıb. Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Milli Ordu sıralarına yazılıb, 1992-ci il aprelin 30-da "N" saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.



Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar