Modern.az

“Azərbaycanda Abel mükafatı ala biləcək riyaziyyatçı görmürəm”

 “Azərbaycanda Abel mükafatı ala biləcək riyaziyyatçı görmürəm”

4 Noyabr 2014, 10:52

Nüfuzlu Nobel mükafatının riyaziyyat sahəsinin mütəxəssislərinə verilməməsi hamıya məlumdur. Hətta bunun səbəbi barəsində maraqlı əhvalatlar da danışılır. Amma dünyanın elmi elektoratı riyaziyyatçıları da bir kənara qoymamaqdan ötrü alternativ olaraq  bu sahənin öz “Nobel”ini yaradıblar.

Norveç Krallığı, eləcə də Norveç Elm və Ədəbiyyat Akademiyası cəmi 27 il  ömür sürən dahi riyaziyyatçı Henrik Nik Abelin şərəfinə, daha doğrusu, onun 100-cü ildönümündə yəni, 1902-ci ildə riyaziyyatçı alimlərə hər il Abel mükafatı verilməsini qərara alıb. Lakin 1905-ci ildə Norveç və İsveç birliyinin dağılmasından sonra Abel mükafatının təqdimatı da dayandırılıb. Ancaq uzun müddətdən sonra, 2002-ci ildə Nils Abelin 200 illiyinə ithaf olaraq Norveç Kral Akademiyası tərəfindən mükafat yenidən bərpa olunub. Bu mükafat hətta o qədər yüksək imicə malik olub ki, onu Nobel mükafatına alternativ kimi görüblər. Təqdim olunan pul mükafatı da dəyərinə görə “Nobel”in nominasiyalarından bir o qədər fərqlənmir. Belə ki, 2011-ci ildən etibarən Abel mükafatına layiq görülən riyaziyyatçı alimlər üstəlik 1,2 milyon dollar civarında pula da sahiblənirlər.  
Maraqlıdır, “Nobel”dən hələ ki əli üzülən Azərbaycan elmi, heç olmasa riyaziyyat sahəsində bu nüfuzlu ödülə sahiblənə bilərmi?

Modern.az bu barədə araşdırma apararkən məlum olub ki, Abel mükafatı üçün hər hansı bir riyaziyyatçının dünya səviyyəsində tanınan və tətbiq olunan nəzəriyyəsinin olması vacib şərtdir. Belə ki, özünə qədər olan riyaziyyat elmində əsl yenilik və orijinallıq yaradacaq nəzəriyyə komitə tərəfindən bir neçə il sınaqdan keçirildikdən sonra müəllifinə təqdim olunur. Dünyada tanınan alim və bir neçə nəzəriyyəçi artıq bütün beş qitədə tədris olunan Azərbaycan alimi professor Rafiq Əliyevlə bu barədə danışarkən bildirib ki, hazırda Azərbaycanda bu mükafatı ala biləcək riyaziyyatçı görmür:

“Abel mükafatını ala biləcək Azərbaycan riyaziyyatçılarının demək olar hamısı dünyasını dəyişib. Bu siyahıda ən birinci İbrahim İbrahimovun adını çəkməliyik. Daha sonra Zahid Xəlilovdur. Mirabbas Qasımov və Məcid Rəsulov da böyük riyaziyyatçılar idilər. O nəsildən sonra Azərbaycanın riyaziyyat elmində Abel mükafatını ala biləcək kimsə görmürəm. O siyahıya qismən Cəlal Allahverdiyev uyğun gəlir. O da hazırda çox qocadır və bildiyimə görə işə də getmir.

Özümə gəldikdə sırf riyaziyyatla məşğul deyiləm. Mənim əsas işim qərar qəbuletmə nəzəriyyəsidir”.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub