Modern.az

Modern.az-ın qaldırdığı məsələ gələn ilin büdcəsində yer alıb - Nazir: "Bu məsələ gündəmdədir"

Modern.az-ın qaldırdığı məsələ gələn ilin büdcəsində yer alıb - Nazir: "Bu məsələ gündəmdədir"

4 Noyabr 2014, 17:18

 

Bu gün Milli Məclisdə 5 komitənin 2015-ci il üçün büdcə layihələrinin iclası keçirilib. Komitə iclaslarında Maliyyə Naziri Samir Şərifov da çıxış edib.

Müzakirələr zamanı deputat Zahid Oruc hər iki valideynini itirmiş uşaqların sosial məsələsinə diqqət çəkib.

Eyni zamanda deputat Fuad Muradov həri iki valideynini itirmiş uşaqlara xüsusi yanaşmanın olmasını da vurğulayıb: “Bilirsiniz ki, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq var. Heydər Əliyev Fondu tərəfindən  "Xocalıya ədalət” kampaniyası çərçivəsində onlara yardım edilir. Amma kompleks şəklində onlara yardım etmək üçün büdcədə bu məsələyə diqqət yetirilməlidir”.

Modern.az xəbər verir ki, nazir Samir Şərifov çıxışı zamanı Xocalı Soyqırımı zamanı hər iki valideynini itirən 25 nəfər haqqında da fikirlər söyləyib.
O qeyd edib ki, Xocalıda hər iki valideynini itirənlərin məsələsi gündəmdədir. Bununla bağlı işlər davam edir.

Qeyd edək ki, bu məsələni Modern.az saytı gündəmə gətirib.
1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni vandalları Xocalı şəhərini yerlə yeksan ediblər.
Soyqırım zamanı 613 nəfər amansızlıqla qətlə yetirilib. Həmin gecə 26 azyaşlı uşaq hər iki valideynini itirib.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı