Modern.az

Nazirdən müəllimlərə şad XƏBƏR: “Maaşlar artacaq”

Nazirdən müəllimlərə şad XƏBƏR: “Maaşlar artacaq”

Aktual

5 Noyabr 2014, 23:50

 

“Dövlət xərclərinin artırılması məsələsində ehtiyatlı olmaq lazımdır. Onsuz da 2015-ci ilin dövlət büdcə layihəsində nəzərdə tutulan xərcləri çox yüksək səviyyədir. Bu xərcləri gəlirləri də olmalıdır”. Modern.az saytının verdiyi xəbərə bunu  2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisin  6 komitəsinin birgə müzakirəsində  səslənən təkliflərə münasibət bildirən maliyyə naziri Samir Şərifov deyib.  

Nazir bildirib ki, Azərbaycanda neft hasilatı azalıb. Samir Şərifovun sözlərinə görə bu mənada, dövlət xərclərini kəskin şəkildə artırmaq olmaz.

Maliyyə naziri qeyd edib ki, dövlət xərclərini kəskin şəkildə artırmaqla, bir günə bütün problemləri həll etmək özü də qeyri-mümkündür.  

Hökumət nümayəndəsi əlillərin mənzillərlə təmin olunması məsələsinə də aydınlıq gətirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizə təqdim olunmuş məlumata görə onlar 4-5-ilə bu məsələni tam olaraq həll edəcəklər. Burda əsas problem vəsaitin olmamasından ibarət deyil. Əsas məsələ müxtəlif planlaşma ilə problemlərin mövcudluğudur”.  

Nazir məktəb müəllimlərinin əmək haqlarının artırılması ilə istiqamətində işlərin getdiyini də diqqətə çatdırıb: “Təhsil Nazirliyi bu işlə məşğuldur. Söhbət müəllimlərlə bağlı modeli dəyişməsindən gedir. Hansı müəllim daha yaxşı nəticə göstərəcək, onlar daha yüksək maaş ala biləcəklər”.

Nazir Milli Məclis sədrinin müavini Bahar Muradovanın əmlakın sığortalanması haqqında irəli sürdüyü təklifləri də dəyərləndirib: “Kür çayının daşmasından sonra Sabirabad, Salyan və digər zonalarda evlər tikildi. Lakin bu gün məhkəmələrdə hökumətə qarşı bir çox iddialar qaldırılıb. Halbuki, hökumət onlara evlər tikib. Kimsə iddiasını versin, amma məhkəmələrin həmin iddianı qəbul etməsi başa düşülən deyil. Halbuki, həmin məhkəmələr əsaslı qərar da çıxar bilmirlər. Əmlakın sığortalanması istiqamətində iş aparılır. Qanunda bununla bağlı müddəalar var. Lakin onun icbari qaydada edən yoxdur. Biz aidiyyatı qurumlarla da məsələyə baxmışıq. Təəssüflər olsun ki, bizim əlimizdə təsirli mexanimzlər mövcud deyil. İki-üç ay ərzində təkliflərimiz hazırlanacaq”.

Qeyd edək ki, bu gün  Milli Məclisin Elm və təhsil, Regional məsələlər, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlametlərarası komitələri birgə 2015-ci ilin dövlət büdcə zərfini müzakirəyə çıxarıblar.  

2015-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə təklif olunaraq səs qoyulub və qəbul edilib.  

Aqşin Kərimov    


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu