Modern.az

Deputata məxsus çoxmərtəbəli bina sökülür - FOTOLAR

Deputata məxsus çoxmərtəbəli bina sökülür - FOTOLAR

6 Noyabr 2014, 11:59

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucova məxsus olduğu bildirilən obyekt sökülür. Modern.az saytının məlumatına görə, sökülən çoxmərtəbəli bina metronun “Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospektində yerləşir.
Hadisə yerində olan əməkdaşımıza bildirilib ki, çoxmərtəbəli binanın sökülməsinə səbəb burada yeraltı tunel və yol qovşağının inşası ilə bağlıdır.
Qeyd edək ki, sözügedən binada “İndesit”, “İspaniolla” və daha bir neçə xarici firmanın Azərbaycandakı distryübüter şirkəti, məişət avadanlıqları, mebel və digər mağazalar şəbəkələri yerləşirdi.
Yeri gəlmişkən, sökülən obyekt iki il öncə yüksək səviyyədə təmir olunmuşdu.
Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib. O, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb. 2013-cü ilin mayında A.Orucov həmin vəzifədən çıxarılıb.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi