Modern.az

Kim ki yüz il yaşamırsa... - Darçın: xəstəliklərə qənim kəsilən ədviyyat

Kim ki yüz il yaşamırsa... - Darçın: xəstəliklərə qənim kəsilən ədviyyat

7 Noyabr 2014, 20:19


Darçın hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunub. Bu ədviyyat darçın ağacının qurudulmuş budaqlarından hazırlanır. Orqanizm üçün saysız hesabsız faydaları olan darçın sözün əsl mənasında bir çox xəstəliklərə qənim kəsilən ədviyyatdır.

Modern.az-ın məlumatına görə, darçının ən faydalı xüsusiyyətlərindən biri qanda şəkəri tənzimləməsidir. Şəkərli diabetlər bu ədviyyatın faydasından bəhrələnə bilərlər.

Darçın qanda xolesterenin səviyyəsini azaldaraq ateroskleroz, miokard infarkt, iflic ehtimalını azaldır.

Damarları genişləndirərək beyinin fəaliyyətini yaxşılaşdırır.

Bağırsaq iltihablarına qarşı mübarizə aparır.

Darçın orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir.

Böyrək, qaraciyər və öd kisəsinin fəaliyyətinin normallaşdırır.

Qəbzlikdən əziyyət çəkənlər üçün xeyirlidir.

Mədə ağrılarını aradan qaldırır.

Bədənin müqavimətini artıraraq orqanizmin immun sistemini gücləndirir.

Cinsi fəaliyyətə müsbət təsir göstərir.

Qadınlarda menstrual ağrı zamanı müsbət təsir göstərir.

Ağızdan pis qoxunu götürür.

Qan xərçəngi xəstəliklərinin profilaktikası üçün darçın ən yaxşı vasitələrdən biridir.

Darçınla balın qarışığı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soyuqdəymə, qrip, öskürək zamanı bir çay qaşığı balla çay qaşığının üçdə bir hissəsi qədər darçını qarışdırmaq və qəbul etmək lazımdır.

Yorğunluğu və halsızlığı aradan qaldırmaq üçün də darçın və baldan istifadə etmək olar. Bunun üçün bir stəkan suya bir çay qaşığı bal və çay qaşığının dörddə bir hissəsi qədər darçın əlavə etməli və səhərlər içilməlidir.

Səhər yeməklərində sıyıqların üzərinə azacıq darçın səpməklə orqanizmin ümumi tonusunu lazımi səviyyədə saxlamaq mümkündür.

Nəzərə almaq lazımdır ki, digər faydalı qida məhsulları kimi darçından da qədərində istifadə etmək lazımdır. Çünki darçının tərkibində kumarin adlı maddə var ki, orqanizm onu artıq qəbul edəndə həmin maddə qaraciyər üçün ziyanlı ola bilər. Buna görə də darçının faydalarından bəhrələnmək istəyənlər darçının seylon növünə üstünlük verməlidirlər. Onun tərkibində kumarin maddəsi digər növlərdən daha az olur.

Seçiminizdə diqqətli olun və darçınla sağlamlığınızın qayğısına qalın.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir