Modern.az

General İşık Koşaner kimdir?

General İşık Koşaner kimdir?

9 Avqust 2010, 11:11

Türkiyə Silahlı Qüvvələrində yeni dönəm başlayır. Bu, Silahlı Qüvvələrin yeni Baş qərargah rəisi, ordu generalı İşık Koşanerlə bağlıdır. İşık Koşaner kimdir?

Modern.az xəbər verir ki, Genelkurmay Başkanlığının məlumatına görə,  general Səbahaddin İşıq Koşaner 1945-ci ildə İzmir şəhərində doğulub. 1965-ci ldə Quru Qoşunları Hərb Məktəbini, 1966-cı ildə Piyada Hərbi  Məktəbini bitirən Koşaner, 1976-cı ilə qədər Quru Qüvvələri Komandirliyinə bağlı müxtəlif birliklərdə dəstə və bölük komandirliyi, Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandirliyində müəllimlik və zabitlik edib.

1978-ci ildə Quru Qoşunları Hərbi Akademiyasını bitirən general Koşaner qərargah zabit olaraq Baş Qərargah Xüsusi Hərb Dairə Başçılığı əmrində çalışıb.

İtalyanın Napoli şəhərində Cənubi Avropa Müttəfiq Qüvvətləri Komandirliyi (AFSOUTH) Kəşfiyyat Dairəsində də qərargah zabitliyi edən general Koşaner daha sonra Ordu Komandirliyində, Baş Qərargah Strategiya Qüvvələri Plan Dairəsində şöbə müdiri,  Piyada Diviziyasında alay komandiri və digər yüksək hərbi vəzifələr daşıyıb.

General İşık Koşaner 1992-ci ildə tuğgeneral rütbəsi alaraq Quru Qoşunlarında Lojistik Plan Dairə Başkanlığında və Komando Briqada Komandirliyində görəvli olub.

1996-cı ildə tümgeneral rütbəsinə yüksələn Koşaner bu rütbə ilə Quru Qoşunları Hərbi Məktəbinə komandirliyə təyin olunub.
İşık Koşaner 2000-ci ildə general-leytenant rütbəsi alıb, Müdafiə Nazirliyinin məsləhətçisi və Kipr Türk Barış Qüvvələri komandirliyi vəzifələrində çalışıb. 30 Avqust 2004 tarixində ona ordu general generalı rütbəsi verilib.

Ordu generalı rütbəsi ilə Egey Ordu komandiri və Baş qərargahın II başçısı görəvlərində çalışan İşıq Koşaner 30 avqust 2006-cı ildə Jandarma Qüvvələri komandiri vəzifəsinə təyin olunub.

General Koşaner evlidir, iki övladı var. O, ingilis dilini də bilir.

İşıq Koşaner Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 27-ci rəisi olaraq görəvə başlayır.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir