Modern.az

“Tərəqqi” medalı alan jurnalistlər nə vaxt təltif ediləcəklər?

“Tərəqqi” medalı alan jurnalistlər nə vaxt təltif ediləcəklər?

10 Avqust 2010, 13:28

Prezident İlham Əliyev 22 iyul Milli Mətbuat günü ilə bağlı bir sıra jurnalistə “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” adı və “Təqəqqi” medalı verilməsi barədə sərəncamlar imzalayıb. Sərəncamın imzalanmasından 20 gun keçsə də, jurnalistlərin təltifetmə mərasimi hələ keçirilməyib.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Modern.az-a bildirib ki, təltifetmə mərasiminin nə zaman keçiriləcəyi barədə onlarda məlumat yoxdur. “Prezident sərəncam imzalayan gündən “Əməkdar jurnalist” adı alanlar hər ay buna uyğun müavinət alacaqlar. O ki, qaldı “Tərəqqi” medalının təqdim olunmasına, mətbuatın 130 illyi keçirilən vaxt təltifetmə mərasimi altı ay sonra keçirilmişdi”.  

Kütləvi İnformasiya Vasitələrinin İnkşafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vuqar Səfərli bildirib ki, “Tərəqqi” medalı alan jurnalistlərin təltifetmə mərasiminin təşkili Fonda aid olan məsələ deyil. “Bu məsələ ilə bağlı Prezident Administrasiyası məşğul olur”.
V.Səfərlinin sözlərinə görə, Prezident Administrasiyasından onlara hər hansı məlumat verməyiblər.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?