Modern.az

Avropada müsəlmanların artmasından narahatdırlar

Avropada müsəlmanların artmasından narahatdırlar

11 Avqust 2010, 11:45

Avropalı demoqrafların uzun müddətdir davam etdirdiyi araşdırmanın nəticəsinə görə, Avropa Birliyi (AB) ölkələrində müsəlmanların sayı getdikcə artır. AB ölkələrinə edilən köçləri və immiqrant müsəlmanlar arasındakı yüksək doğum göstəricilərini əsas götürən mütəxəssislər bəyan ediblər ki, 2050-ci ilin əvvəlində Avropada doğumun yüzdə 20-si müsaəlmanların payına düşəcək. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, xristian demoqraflar bundan narahatlıqlarını bəyan ediblər.

Bəzi avropalı mütəxəsssilər AB ölkələri hökumətlərinə müsəlmanların miqrasiyasını məhdudulaşdırmağı və daha da sərtləşdirməyi təklif ediblər.
Qeyd edək ki, İngiltərənin "The Sunday Telegraph" qəzeti də bir müddət öncə Avropa Birliyi ölkələrindəki müsəlmanların artmasından, müsəlman ölkələrindən gələn davamlı köçdən və Avropanın əsl yerliləri arasında doğum nisbətinin azalmasından yazmışdı. Məlumatlara görə, hazırda Avropada 38 milyon nəfər müsəlman yaşayır.

Dünyada isə müsəlmanların ümumi sayı 1 milyard 571 milyon nəfər təşkil edir. Müsəlmanlar dünya əhalisinin 22,9 %-ni təşkil edirlər. Dünyada ən çox müsəlman  İndoneziya, Pakistan, Hindistan, Banqladeşdə yaşayır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi