Modern.az

Mirşahin Ağayev onu ittiham edənlərə cavab verib

Mirşahin Ağayev onu ittiham edənlərə cavab verib

11 Avqust 2010, 12:33

ANS-də Mirşahin Ağayevin Eynulla Fətullayev haqqında hazırladığı "Bədbəxt adam" filmi bərmənalı qarşılanmayıb. Həbsdə olan jurnalist barəsində ittihamlar səsləndirdiyi üşün Mirşahin Ağayevə iradlar bildirilməkdədir. Mirşahin Ağayev isə ona irad bildirənlərə cavab verib. Onun cavabı müxtəlif portallarda yerləşdirilib. Modern.az da həmin cavabı təqdim edir.

Hörmətli xanımlar və cənablar!

Mənim Eynulla barədə filmim- "Bədbəxt adam"- deyəsən doğru anlaşılmayıb. Adətən mən hansısa program və ya verilişimi sonradan şərh etmirəm. Amma bu dəfə vəziyyətin çox həssas olduğunu və xeyli suallar yarandığını nəzərə alıb bəzi məqamlara aydınlıq gətirməyə çalışacam.

Birincisi sifariş barədə: Eynullanı qeyri-ciddi birisi kimi qəbul edirəm. Bu belədir. Belə də olacaq.

İkincisi: Məh Eynullanı jurnalist hesab eləmirəm.

Üçüncüsü:
"Eynulla jurnalist üçün gərəkən start keyfiyyətlərini sürətlə itirdi" deyirəm və fikrimi istənilən ağıllıya da, cahilə də isbat etməyə hazıram.

Dördüncüsü: Biz onu Londona kursa aparmışıq, amma onu jurnalist edə bilməmişik. Bu da faktdır. Onu dəqiq və qərəzsizliyə öyrədə bilmədiyimizdən işdən govmuşuq.. Özü də mən!!! Şəxsən mən govmuşam! Bu da faktdır.

Beşincisi: Eynulla ANS-də çalişanda bizim təsirimiz altında az-çox obyektiv olmağa vadar edilirdi. Filmdə istifadə etdiyim "Nəzər nöqtəsi" verilişlərindən fragmentləri də bunun sübutu kimi qoymuşam. Kiməsə elə gəlirsə ki, kontekstdən çıxarılıb, bu yəqin Eynullanı həmişə ermənilərlə bir düşərgədə görən insanlardandı və heç cür inana bilmir ki, Eynulla da nə vaxtsa vətənlə eyni cəbhədə ola bilib. Amma nahaq yerə. Eynullanın da Azərbaycana işlədiyi məgamlar olub. Hər halda ANS-də bu olub. Mənim göstərdiyim həmin fraqmentlər Eynullanın hələ islah oluna biləcəyinə inananlar üçün saman çöpü rolu ola bilərdi!

Altıncısı: Anari müdafiə edirəm. Və mənə elə gəlir ki, Azərbaycana Eynullalar yox Anar kimi insanlar lazımdır. Anar DƏYƏRDİ. Eynullaya isa... dəyməz!

Yeddincisi:
Cəmiyyətin passivliyi var və mən onu milli mənəvi dəyərlərimizi qorumaq növbəsi gələndə fəal görmək istəyirəm. Yoxsa ölkə Eynullaların ölkəsinə çevrilir. Eynulla kimi adamkar Anardan avtoqraf almağı özləri üçün bəxtəvərlik saymalıdırlar, daha onu müzakirə etməli deyillər. Eynulladan tarixdə nə qalacag! Azərbaycana qarşı iş. Anardan isə AZƏRBAYCAN ÜÇÜN GÖRÜLƏN İŞ!

Səkkizincisi:
Eynulla həbsdən azad edilməlidir. Ona görə ki, o ölkənin bağırsağında çox qalıb və artıq ağrı verir. Bir ...a görə bu qədər ağri bəkməyə dəyməz. Və HƏR KƏS ÖZ ADI İLƏ ÇAĞRILMALIDIR! Jurnalist olmayan birisi jurnalist adı ilə Azərbaycana problem yaratmamalidir! Elə Eynullanin da səhvləri düzəltmək üçün bir gədər artıq vaxti olardı.

Doqquzuncusu:
Eynulla "AZERİTRİCOLOR"da Xocalı soyqırımı barədə yazılanların ona məxsus olmasını rədd edir, cidd-cəhdlə sübut etməyə, yerli məhkəmələri inandırmağa çalışırdı ki, bunu kimlərsə edib o yox!!! Avropa Məhkəməsi isə bunun əksini sübut etdi. Bildirdi ki, "HƏMİN FİKİRLƏR- XOCALIDA QƏTLƏ YETİRİLƏNLƏRİN AXC BATALYONLARI TƏRƏFİNDƏN GÜLLƏLƏNMƏSİ BARƏDƏ DEYİLƏNLƏR birmənalı şəkildə Eynullaya məxsusdur. Eynulla öz gələcək taleyi naminə bu QARA LƏKƏ barədə düşünməli və Avropa Məhkəməsini də bunu yazmadığına inandırmalıdır!!! Məncə buna nail olunarsa Eynullanın ləyaqətini qismən xilas etmək olar!

Onuncusu: Eynullanın ermənilərlə çəkdirdiyi şəkillər faktdır!!! Və bu ona şərəf gətirmir!!! Və nə qədər ki bu alçaq ləkə onun üzərindədir o Azərbaycanda rahat yaşamamaq aqibəti ilə üzləşəcək!!! Mən bunu istəmirəm. Eynullaya bunu arzulayan "dostlari" isə sadəcə anlamıram!!!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir