Modern.az

Qərbi Azərbaycanlılardan çağırış: "Sarkisyan rejimi ilə danışıqlar dayandırılsın" - BƏYANAT

Qərbi Azərbaycanlılardan çağırış: "Sarkisyan rejimi ilə danışıqlar dayandırılsın" - BƏYANAT

29 Avqust 2010, 15:04


 

Azərbaycan Qaçqınlar Cəmiyyəti Ermənistanın son gedişləri barədə bəyanat verib.

Cəmiyyətin sədri Əziz Ələkbərli Modern.az saytına bildirib kli, son hadisələr – əvvəl doğmalarının məzarlarını ziyarət etmək üçün ata-baba yurduna gedən kəlbəcərlilərin öz doğma torpağında öldürülməsi və girov götürülməsi, sonra da öz kəndinə getdiyi üçün həmin girovların dünyanın gözü qarşısında mühakimə edilməsi və bu günlərdə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterlərin Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizi atəşə tutması bir daha sübut elədi ki, Ermənistan Azərbaycana qarşı öz işğalçılıq və düşmənçilik siyasətindən heç vaxt əl çəkməyib və çəkməyəcək də.

 Biz – 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki tarixi torpaqlarından qovulmuş azərbaycanlı qaçqınlar 26 ildən bəri davam edən bu vəziyyətə qəti etiraz edir və 1994-cü ildən bəri 20 il ərzində atəşkəs rejiminin süni şəkildə uzadılmasını əlaqədar beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşmasının və ikiüzlü siyasət yeritməsinin nəticəsi hesab edirik.

 Biz qaçqınlar Azərbaycan rəsmilərini Qarabağın Xocalı və başqa ərazilərində dinc soydaşlarımıza qarşı qanlı cinayətlərdə iştirak etmiş şəxslərin Ermənistan rəhbərliyində təmsil olunduğu müddətdə bu ölkə və onun cani rəhbərləri ilə aparılan bütün danışıqları dayandırmağa çağırırıq.

Birdəfəlik bilmək lazımdır ki, Ermənistan rəhbərliyində Qarabağ erməniləri olduğu müddətdə Qarabağ məsələsində heç bir irəliləyiş olmayacaq. R.Köçəryan, S.Sarkisyan kimilər nəinki Azərbaycan xalqına qarşı düşmənçiliklərini sonsuza qədər davam etdirəcək, regionda sabitliyə imkan verməyəcək, həmçinin Ermənistan və Qarabağ ermənilərini də özləri ilə bərabər uçuruma aparmaqda davam edəcəklər.

Biz Qərbi Azərbaycan (indiki Ermənistan) qaçqınları 1988-1991-ci illərdə Ermənistanda  azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının bu günə qədər heç bir beynəlxalq danışığın predmetinə çevrilməməsini də yolveriməz hesab edirik. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq bir daha bəyan edirik ki, 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsindən 49928 ailədə 250 min nəfər azərbaycanlı öz doğma yurdundan zorla qovulmuş, bu zaman yüzlərlə soydaşımız qətlə yetirilmiş, şikəst edilmiş, tarixi Azərbaycan torpaqlarında yaradılmış erməni dövləti tərəfindən 29,8 min kv. km-lik ərazimizin tamamilə erməniləşdirilməsi başa çatdırılmışdır.

 Azərbaycan Qaçqınlar Cəmiyyəti bu gün sayı 400 min nəfərə çatan Qərbi Azərbaycan qaçqınları adından bəyan edir ki, bu insanlar mövcud haqsızlıqlarla heç vaxt barışmayacaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə yanaşı, Ermənistan Respublikası ərazisindəki tarixi torpaqlarımızın qaytarılması uğrunda da daim mübarizə aparacaqlar. Biz bu məsələdə beynəlxalq ictimaiyyətdən anlayış, Azərbaycan hakimiyyətindən dəstək gözləyirik.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi