Modern.az

Daşqın bölgəsinin deputatları hazırki vəziyyətdən danışıblar

Daşqın bölgəsinin deputatları hazırki vəziyyətdən danışıblar

11 Avqust 2010, 16:01

Kürətrafı rayonların subasmaya məruz qalmış ərazilərində yaşayan sakinlər narazılıq edir, onlara verilən kompensasiyanın azlığıdan şikayətlənirlər. Bəs həmin zonaların deputatlarının sakinlərin iddialarına münasibəti necədir?

Bununla bağlı daşqının ən çox ziyan vurduğu Saatlı və Sabirabad rayonlarının deputatları ilə əlaqə saxladıq.

64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Rustəm Xəlilov Modern.az saytına bildirdi ki, Sabirabad rayonun su basmış kəndlərinin böyük bir hissəsində su artıq quruyub, amma suyu çəkilməyən yerlər də. Deputat deyib ki, iş olan yerdə narazılıqlar da qeydə alınır, amma həır şey tədricən aradan qalxacaq. O, rayonun Qasımbəyli kəndində yeni evlərin tikilməsinə başlanıldığını söyləyib. R.Xəlilovun sözlərinə görə, qeydiyyatdan keçən zərərçəkmiş insananlara hazırda kompensasiya verilir.

65 saylı Saatlı seçki dairəsinin deputatı Gülhüseyn Əhmədov isə bildirdi ki, rayonun Novruzlu kəndində yeni evlərin tikilməsinə başlanılıb. O, problemə çox ciddi yanaşıldığını qeyd edib. “Hesab edirəm ki, yaxın aylarda təbi fəlakətin vurduğu ziyan tam aradan qaldırılacaq, insanlar mənzillərlə təmin olunacaq”.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir