Modern.az

ATXƏM-in Orta Asiya üzrə nümayəndəliyi yaradılıb

ATXƏM-in Orta Asiya üzrə nümayəndəliyi yaradılıb

Qarabağ

11 Avqust 2010, 17:08

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Orta Asiyada (Mərkəzi qərargahı Özbəkstan Respublikasının paytaxtı Daşkənd şəhəri olmaqla) nümayəndəliyi yaradılıb. Bu barədə Modern.az-a ATXƏM-dən məlumat verilib.

Nümayəndəliyin rəhbəri 8 ilə yaxın Özbəkstan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiyasının sədri olmuş Akif Ağatalıbov təyin edilib. Akif Ağatalıbov ATXƏM-in Özbəkstanda rəsmi nümayəndəsi olmaqla yanaşı, həm də təşkilatın Orta Asiya üzrə koordinatorluğunu həyata keçirəcək.

Qeyd edək ki, sentyabrın 26-da Özbəkstan Respublikasının paytaxtı Daşkənt şəhərində ATXƏM-in Orta Asiya üzrə nümayəndəliyinin mərkəzi ofisinin açılış mərasimi keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır