Modern.az

Qadınların törətdiyi cinayətlər artır, azalır?

Qadınların törətdiyi cinayətlər artır, azalır?

11 Avqust 2010, 18:01


Azərbaycanda cinayət törətmiş şəxslərin statistikası göstərir ki, bu sırada zərif cinsin nümayəndələri də çoxluq təşkil edir. Rəsmi məlumatlara əsasən demək olar ki, respublikamızda hər il qadınların iştirakı ilə müxtəlif cinayətlər törədilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2009-cu ildə qadınlar tərəfindən 2665 cinayət hadisəsi törədilib, nəticədə 1987-i qadın cinayət məsuliyyətinə cəlb edilib.

2010-cu ilin 1-ci yarımilliyində isə qadınlar tərəfindən 1076 cinayət törədilib. Bu il 732 qadın cinayət məsuliyyətinə cəlb edilib. Rəsmi məlumatda bildirilib ki,  ötən ilin ilk altı ayı ilə müqayisədə qadınlar tərəfindən törədilən cinayətlər azalıb (ötən ilin birinci yarısında 1157 hadisə).

Ümumiyyətlə, təqsirləndirilən qadınların törətdiyi cinayətlərin siyahısına qəsdən adamöldürmə, qəsdən sağlamlığa zərərvurma, oğurluq, soyğunçuluq, xuliqanlıq, quldurluq, dələduzluq, rüşvətxorluq, insan alveri, hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, narkotik vasitələrin alqı-satqısı, istifadəsi, daşınması daxildir.

Azərbaycanlı qadınların törətdikləri ağır cinayətlərdən ildə təxminən 10 nəfər ölür. Rəsmi məlumatda qadın cinayətkarların ən çox törətdiyi cinayətlərin xuliqanlıq və dələduzluq olduğu bildirilir. Cinayətlərin ən çox törədilməsinə görə sonrakı yerlərdə narkotik vasitələrlə bağlı hərəkətlər, oğurluq gəlir.  

İnsan alveri və narkotiuklərə görə tutulan qadın cinayətkarlar da az olmur. Məsələn, bu ilin altı ayında insan alveri ilə bağlı cinayətlərə görə 46, narkotiklərlə bağlı cinayətlərə görə 29 qadın saxlanılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!