Modern.az

Ali məktəblərda boş qalan yerlərə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Ali məktəblərda boş qalan yerlərə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Ölkə

11 Avqust 2010, 18:16

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi (TQDK) ali təhsil  müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan edib.     

Modern.az xəbər verir ki, ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə  və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 11-də saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  998 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6758 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyenlər avqustun 13-dən 20-dək, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 16-dan 31-dək, sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı