Modern.az

Prezident "Elektron-Azərbaycan" Dövlət Proqramını təsdiq edib

Prezident "Elektron-Azərbaycan" Dövlət Proqramını təsdiq edib

Təhsil

11 Avqust 2010, 23:16

Prezident İlham Əliyev avqustun 11-də “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.
Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası barədə təkliflərin hazırlanıb iki ay müddətində Prezidentə təqdim edilməsi isə Nazirlər Kabinetinə tapşırılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?