İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla görüşüb.
Hüquq müdafiəçisinin Modern.az-a bildirdiyinə görə, söhbət zamanı məhəmənin hökmü ilə ömürlük həbsə məhkun edilən Hacı Məmmədov özünü törətdiyi əməllərə görə təqsirkar sayıb. H. Məmmədov Elçin Behbudova daha bir yağlı boya ilə çəkilmiş şəkil bağışlayıb. Komitə sədrinin bildirdiyinə görə, şəkilin üzərində müqəddəs Məryəmin, mələk Cəbrayılın və iki qu quşunun əksi həkk olunub. Hacı Məmmədov bu dəfə də şəklin mənaları barədə açıqlama verməkdən imtina edib.