Modern.az

Azərbaycan millisi bacara bilməyib

Azərbaycan millisi bacara bilməyib

12 Avqust 2010, 10:43

Azərbaycan milli yığma komandası dünən Bakıda Küveyt yığması ilə yoldaşlıq görüşü keçirib. Berti Foqtsun çalışdırdığı futbilçularımız  Küveytlkə bacara bilməyiblər.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 1:1 hesabı yekunlaşıb.
Millimizdən qolu Elvin Məmmədov, rəqiblərdən isə Bader Almutva vurub.

Oyundan sonra millimizin baş məşqçisi Berti Foqts fikirlərini açıqlayıb. Almaniyalı çalışdırıcı oyundan narazılığını gizlətməyib.  
Fotqs bildirib ki, dayaq müdafiəçisi mövqeyində oynayan Elnur Allahverdiyev heç də pis təsir bağışlamayıb: “Ruslan Əmircanov da yaxşı oynadı. Amma buraxılan qolda onun da səvhi var idi. Əmircanov öz üzərində daha çox çalışmalıdır. Vaqif Cavadovun isə fiziki hazırlığı yerində deyil. Onun belə oyunlarda təcrübə yığması vacibdir. Elvin Məmmədovdan razı qaldım. Rəşad Sadiqov da yaxşı oyun sərgilədi. Amma o, bir qədər təvazövkar olmalıdır”.

Baş hakim: Sergey Karasyov (Rusiya).
Baş hakimin köməkçiləri: Vitali Drozdov, İlya Barışnikov (Rusiya).
Dördüncü hakim: Anar Salmanov (Azərbaycan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k) (15. Ruslan Abışov, 46), 13. Vladimir Levin, 18. Maksim Medvedyev (2. Rail Məlikov, 46), 20. Ruslan Əmircanov (25. Cavid Hüseynov, 85), 6. Rəşad Sadiqov, (Samir Abasov, 65) 5. Elnur Allahverdiyev, 10. Elvin Məmmədov, (19. Rahid Əmirquliyev, 78) 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 24. Fərid Quliyev (11. Rauf Əliyev, 46).
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 23. Səlahət Ağayev, 8. Aleksandr Çertoqanov, 9, 16. Amit Quluzadə.
Baş məşqçi: Berti Foqts.
KÜVEYT: 1. Xalid Əl Rəşdi, 13. Yarah Alateqi, 18. Ahmer Əl Matuq (k) (8. Mesid Alenzi, 56), 16. Hamid Yusif, 4. Məhəmməd Sanad, 5. Saleh Alhendi, 3. Əli Məqsəd, 27. Xalid Əl Qahtani, 7. Xalid Matar, 15. Talal Alamer (10. Valid Yumah, 46), 17. Abduli Əl Şmali.
Ehtiyat oyunçular: 6. Xalid Əl Əzmi, 9. Talal Alenzi, 11. Hamad Alenezi, 12. Bader Almutva, 14. Əhməd Əl Rəşdi, 19. Fahad Şahen, 20. Ahdel Əl Şamari, 21. Fahad Alenezi,
Baş məşqçi: Qoran Tufeciç.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?