Modern.az

Azərbaycanlılarla osetinlərin dalaşdığı bazar yenidən açılıb

Azərbaycanlılarla osetinlərin dalaşdığı bazar yenidən açılıb

Ölkə

12 Avqust 2010, 15:38

Avqustun 9-da Moskvada satıcılarının əksəriyyətini lənkəranlılar təşkil edən "Moskvoreçiyiski" bazarında azərbaycanlılarla osetinlər arasında baş verən kütləvi dava-dalaşdan sonra bu ticarət mərkəzi qapadılmışdı.
Bağlanan “Moskvoreçiyiski” bazarı yenidən öz fəaliyyətini bərpa edib.

Moskovadakı azərbaycanlıların Modern.az-a verdikləri məlumata görə, soydaşlarımız hazırda bazarda ticarətlə məşğul olurlar. Polis isə baş vermiş ixtşaşla bağlı tədqiqatı hələ yekunlaşdırmayıb. Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, dava-dalaş zamanı pnevmatik tapançadan açılan atəş nəticəsində hər iki tərəfdən xəsarət alan olmuşdu. Kütləvi toqquşma isə bir azərbaycanlının osetinə çürük meyvə satması səbəbindən baş vermişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır