Modern.az

Daşınmaz Əmlakın qeydiyyatında vətəndaşların hüquqlarını necə qorumalı?

Daşınmaz Əmlakın qeydiyyatında vətəndaşların hüquqlarını necə qorumalı?

12 Avqust 2010, 16:07

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosesinin daha da təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin tətbiqi məqsədi ilə Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, daşınmaz əmlak bazarında etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin yaradılmasını və bu sistemin dünya standartlarına uyğunlaşdırılmasını təmin edəcək layihə 22 subkomponenti özündə birləşdirən 4 komponentdən ibarətdir.

Layihəyə müxtəlif xidmətlərin və məsləhətçilərin cəlb edilməsi üçün beynəlxalq və milli tenderlər vasitəsi ilə 72 satınalma işi nəzərdə tutulub. İndiyədək bunlardan 43-u üzrə Dünya Bankının tələblərinə və ölkə qanunvericiliyinə uyğun müqavilələr imzalanıb və əksər işlər başa çatdırılıb. Layihənin icra vəziyyətinin daimi nəzarətdə saxlanması, fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin operativ həlli üçün Dünya Bankının təmsilçiləri, icraçı agentliklər və Layihə İdarəetmə Qrupu ilə mütəmadi və aktiv müzakirələr aparılır. Layihənin tapşırıq qrupu Azərbaycana mütəmadi səfərlər edib və layihənin durumu barədə hesabatlar və tövsiyyələr Azərbaycan hökumətinə təqdim olunub.

Layihənin «Daşınmaz Əmlakın Qeydiyyatı» komponentində komitənin ərazi idarələri üçün yeni binaların tikintisi və mövcud binaların təmiri, Daşınmaz Əmlakın Vahid Kadastr və Qeydiyyat Sisteminin hazırlanması, notariuslara “on-line” xidmət, rəqəmsal kadastr xəritələrinin hazırlanması, kağız sənədlərin elektron sistemə daxil edilməsi və arxivləşdirilməsi nəzərdə tutulub. Bundan başqa, həmin komponent üzrə görüləcək işlərdə Əmlakın Qiymətləndirilməsi/Vergiqoyma, Daşınmaz Əmlakın Kadastrının Aparılması və Özəl Sektorun İnkişafı, İctimai Agahlıq və Biznes Planının hazırlanması da planlaşdırılır.

Artıq qeyd edilən istiqamətlərdə ciddi işlər görülüb. Belə ki, Qəbələ rayonunda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müasir standartlara cavab verən yerli Ərazi İdarəsinin tikintisi başa çatıb, Lənkəran və Xaçmazda isə Ərazi İdarələrinin tikintisi davam etdirilir. “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin əsas iki məqsədindən biri Daşınmaz əmlakın vahid kadastrı, qeydiyyatı və idarəolunması sisteminin (DƏVKQİS) yaradılmasıdır. Bu sahədə texniki məsələlərin həlli üçün informasiya texnologiyaları parkı yeniləşdiriləcək və intensiv təlimlər aparılacaq. Görülən işlər sayəsində Komitədə kadastrın qeydiyyatının aparılması vahid İT sistemdə icra edləcək ki, bu da vətəndaşların hüquqlarının qısa müddətə təmin olunmasına imkan yaradacaq. İndiyədək kağız formatında saxlanılan sənədlərin rəqəmsal arxivləşdirilməsi isə əhalinin müxtəlif instansiylara müraciət müddətinin azaldılması və vaxt itkisinin aradan qaldırılması üçündür.

Daşınmaz Əmlakın qeydiyyatı ilə bağlı vətəndaşların hüquqlarının qorunması və idarə olunması ilə əlaqədar notariuslara on-line xidmətlərin yaradılmasını nəzərdə tutulur. Bu çərçivədə əmlakla bağlı işlərin sadələşdirilmiş və elektron şəkildə həyata keçririlməsi üçün zəruri işlər görülür. “on-line” sistemi fəaliyyətə başladıqdan sonra vətəndaş sənədləri notariusa özü tədqim etməyəcək. O, bunu “on-line” qaydada həyata keçirəcək.

Rəqəmsal daşınmaz əmlak Kadastrı Xəritələrinin hazırlanmasında 40 000 kv.km rəqəmli kadastr xəritələrinin əhatə olunması nəzərdə tutulub. Bununla bağlı artıq pilot layihə həyata keçirilib.

Əmlakın Qiymətləndirilməsi/Vergiqoyma ilə bağlı beynəlxalq ekspertlərin məsləhətləri əsasında Komitə tərəfindən Qiymətləndirmə Metodologiyasının hazırlanması istiqamətində də işlər görülür. Bu metodologiyanın hazırlanması vətəndaşların əmlakını düzgün qaydada qiymətləndirməyə imkan verəcək.

Layihədə nəzərdə tutulan «İctimai Agahlıq» subkomponenti əhalini əmlak, onun qeydiyyatı və öz hüquqları haqqında maarifləndirmək, eləcə də öz əmlaklarından biznes məqsədi ilə istifadə etmənin yollarını izah etmək, həmçinin əhalinin daşınmaz əmlakının dövlət qeydiyyatı prosesinə cəlb olunması üçün nəzərdə tutulub. Qeyd edək ki, insanlarda özəl mülkiyyət anlayışını qadağan edən sovet ideologiyasından sonra bu stereotiplərin aradan qaldırılmasına ehtiyac var. Bunun üçün broşurlar, bukletlər, maarifləndirici plakatlar hazırlanıb.

Həmçinin Layihə çərçivəsində nəzərdə tutulan Avtomatlaşdırılmış DƏİS sisteminin, inzibati sistemin və xidmətlərin təkmilləşdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir.

Bunlarla yanaşı Layihə çərçivəsində Təlim Mərkəzi yaradılması, birgə İT informasiyanın idarəolunması strategiyasının inkişafı, qanunvericiliyin inkişafı, Hüquq Mərkəzinin yaradılması, Layihə İdarəetmə Qrupu (LİQ), Monitorinq və Qiymətləndirmə (M&Q) daxildir. Bu komponentin məqsədi layihənin uğurla reallaşması məqsədilə mütəmadi təlimlərin keçirilməsi, siyasi və hüquqi sənədlərin hazırlanmasıdır.

Qeyd edək ki, DƏDRX-in nəzdində Təlim Mərkəzi artıq yaradılıb. Təlim Planı beynəxalq ekspert və icraçı agentliklərin mütəxəssisləri tərəfindən yeniləşdirilib və indiyədək artıq 7 təlim keçirilib.

Bundan əlavə Hüquq və Maarifləndirmə Mərkəzi yaradılıb və fəaliyyət göstərir. Mərkəzin fəaliyyətində məqsəd daşınmaz əmlak sahəsində siyasi və hüquqi sənədlərin, təkliflərin hazırlanması müvafiq islahat və dəyişikliklərin aparılması üçün təkliflər hazırlamaqdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı