Modern.az

Ali məktəblərə və kolleclərə daxil olan gənclərə xəbərdarlıq!

Ali məktəblərə və kolleclərə daxil olan gənclərə xəbərdarlıq!

12 Avqust 2010, 16:28

Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali və orta ixtisas təhsili müəssisələrinə daxil olaraq tələbə adını qazanan gənclərə xəbərdarlıq edib. TQDK bəyan edib ki, tələbə adını qazanan gənclər qeyd olunan tarixlərdə sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər, əks halda onlar təhsil ocaqlarından kənarda qalacaqlar.
TQDK aşağıdakı tarixlərədək qeydiyyatdan keçməyi məsləhət görür:

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar - avqustun 9-dan 18-dək;

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanlar - avqustun 13-dən 20-dək;

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar - avqustun 11-dən 20-dək ;

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar - avqustun 16-dan 31-dək.

Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!