Modern.az

Prezident Qusar rayonunda səfərdə olub

Prezident Qusar rayonunda səfərdə olub

12 Avqust 2010, 17:22

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusar rayonunda səfərdə olub. Dövlət başçısı əvvəlcə Qusar şəhərinin mərkəzindəki Heydər bağındakı abidəni ziyarət edərək, önünə gül dəstəsi qoyub. Qusar rayon ictimayətinin nümayəndələri prezident İlham Əliyevi hərarətlə qarşılayıblar. (AzərTAc)

Daha sonra dövlət başçısı  Samur-Həzrə yolunun  yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak edib.

Uzunluğu 23 kilometr, eni 6 metr olan yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zuxul istiqamətlərində davam edir. Onun inşasına  dövlət başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait xərclənib.

Yeni yolun istifadəyə verilməsi münasibətilə qusarlıları təbrik edən Prezident İlham Əliyev onlara gələcək işlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir