Modern.az

Kondinsionerlərə tələbat artıb, “Bakıelektrikşəbəkə” isə xəbərdarlıq edir

Kondinsionerlərə tələbat artıb, “Bakıelektrikşəbəkə” isə xəbərdarlıq edir

12 Avqust 2010, 17:41

Son günlər havaların normadan artıq isti keçməsi ilə əlaqədar olaraq abunəçilərin soyuducu vasitələrdən fasiləsiz istifadə etməsi şəbəkələrin ifrat yüklənməsinə səbəb olur.

ASC-dən Modern.az-a verilən məlumata görə,  şəbəkələrin ifrat yüklənməsinə baxmayaraq son zamanlar aparılan yenidənqurma işləri abunəçilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına şərait yaradır. “Ancaq bəzi abunəçilərin istifadə etdikləri elektrik enerjisi haqqını vaxtında ödəməməsi şəbəkənin işində müəyyən çətinliklər yaradır. Belə ki, Bakı şəhərinin bütün əraziləri üzrə yenidənqurma, təmir-bərpa işlərinin sürətlə getdiyi bir vaxtda şəbəkə işçiləri vaxtlarının müəyyən hissəsini elektrik enerjisi borcunu ödəməyən abunəçilərin enerji təchizatını dayandırmasına və daha sonra borcu ödənilən abunəçilərin təkrar şəbəkəyə qoşulmasına sərf etmək məcburiyyətində qalır”-deyə Səhmdar Cəmiyyətdən bildirilib.
 
Elektrik enerjisi istehlakının artmasına baxmayaraq abunəçilər tərəfindən ödənişlərin müntəzəm aparılmaması son iki ayda borcların yaranmasına səbəb olub. “Bakıelektrikşəbəkə” ASC abunəçilərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edib. Artıq borclu abunəçilərə müvafiq xəbərdarlıq bildirişləri göndərilib. Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 17 avqust 2010-cu il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abunəçilərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!