Modern.az

Bakıda ev partlayıb, 5 nəfər yaralanıb

Bakıda ev partlayıb, 5 nəfər yaralanıb

13 Avqust 2010, 10:47

Bu gün səhər saat 09:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ilə Füzuli küçəsinin kəsişməsində 1 mərtəbəli evdə partlayış olub. Fövqəladə Hallar Nazirliyindən ANS-ə verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Sakinlərin verdiyi məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib, evdə yaşayan 5 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından da hadisə nəticəsində 5 nəfərin xəsarət alması faktını təsdiqləyiblər. 
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub