Modern.az

Pis vərdişlərin insana xeyri də varmış

Pis vərdişlərin insana xeyri də varmış

13 Avqust 2010, 12:24

Sən demə insanların bəzi pis vərdişlərinin onlara xeyri də varmış. Hər halda mütəxəssislərin araşdırmaları belə deməyə əsas verir.  Xarici mətbuatda bununla bağlı maraqlı faktlar qeyd olunub.

Əsəbləşmək - Pitsburq Karneqi Mellon Universitetindən olan araşdırmaçılar əsəbiləşməyin və yüksək stress altında olmağın insanıb müsbət düşünməsinə kömək etdiyini bildirblər.

Kompüter oyunları - Mayami Universitetində aparılan araşdırmada 21 nəfər "Tekken 3" adlı oyunu oynayarkən müşahidə edilib. Oyun oynayarkən yüksək ürək döyüntüsü nəticəsində daha həyəcanlı olan və daha çox enerji xərcləmək məcburiyyətində qalan bu şəxslər daha sürətli nəfəs alırdılar. Belə nəticəyə gəlinib ki, nə qədər çox kompüter oyunu oynayırsansa, o qədər çox arıqlamaq imkanı qazanırsan.
Deməli, arıqlamaq istəyən köklər çoxlu kompüter oyunu oynaya bilərlər.

Ev işi görməmək - İngiltərənin Bristol və Brunel universitetlərinin apardığı araşdırmadan sora belə qərara gəlinib ki, hamilə vaxtı ev işi görmək doğulacaq olan  körpənin asma xəstəliyinə tutulma ehtimalını artırır. 13 min körpə üzərində doğulmazdan öncə aparılan araşdırma nəticəsində məlum olub ki, ev işlərində kimyəvi bir maddəylə təmas  uşağın  asma tutulmasını normal haldan 41 faiz artırır.

Tənbəllik - proffessor Pitir Axrə görə tənbəl olmaq stressi azaldır, sağlamlığı artırır.

Stress - ABŞ-ın Buffalo Universitetinin apardığı araşdırmadan sonra belə qərara gəlinib ki, stress insanın öyrənmək qabliyyətini artırır. Proffessor Zen Yan stress hormonunun bədəni pis  təsirlərdən  qoruduğunu bildirib.

Yüksək səslə musiqiyə qulaq asmaq - Manchester Universitetinin araşdırmasına görə, yüksək səslə musiqi dinləyənlər özlərini xoşbəxt hiss edirlər. Araşdırmada o da qeyd olunur ki, musiqi dinləmək beyinin həzz duyğularını hərəkətə keçirir.

Qazlı su - gündə iki stəkan qazlı içki qəbul etmək, beynin Alzehimerə qarşı müqavimət göstərməsinə şərait yaradır. Bu, xəstəliyə tutma ehtimalını 20 faiz azaldır.

Hazırladı Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir