Modern.az

AFFA-dan «Borussiya» - «Qarabağ» oyununa pulsuz biletlər

AFFA-dan «Borussiya» - «Qarabağ» oyununa pulsuz biletlər

13 Avqust 2010, 12:32

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının pleyy-off mərhələsinin ilk oyunları çərçivəsində, avqustun 19-da, yerli vaxtla saat 21:05-də, Dortmund şəhərindəki «Vestfalenştadium»da «Borussiya» klubu «Qarabağ»ı qəbul edəcək.
«Borussiya» - «Qarabağ» qarşılaşmasını stadionda izləməklə komandamıza dəstək olmaq istəyən 300-ə qədər həmyerlimizin müraciətini nəzərə alan AFFA bu oyun üçün 300 bilet alıb və bu biletlər Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrə və digər həmyerlilərimizə pulsuz paylanacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır