Modern.az

Hayastan, ermənilər və Bizans

Hayastan, ermənilər və Bizans

22 Noyabr 2014, 22:44


Cənubi Amerikada, latındillilər Amerikasında bir zamanlar Avropadan köçmüş ispanların nəvə-nəticələrinin Kolumbiya adlı bir məmləkəti var. O məmləkətdə mərkəzi Kordilyer dağlarının qərb yamaclarında  yerli əhalinin saldığı bir şəhər var. Adı bilirsinizmi nədir? Təəcüblənəcəksiniz. Şəhərin adı Armeniyadır. Bəli, əvvəlcə mənə də əcaib göründü. Çünki  bu kəlməni əsrlərdir ki, erməni deyə tanıdığımız haylar özəlləşdiriblər. Amma elə ki tarixi vərəqləyib kəlmənin izinə düşdüm, həəə, bax onda hər şey mənə aydın oldu.

Ondan başlayım ki, çox-çox qədimlərdən ərəblər Bizansa ər-Ruminiyyə deyirlərmiş. Saxta erməni tarixinin qapılarına bir nömrəli açar ola biləcək bu kəlməyə çox qəribədir ki, indiyəcən  lazımınca  diqqət yetirilməyib. Bizans... ər-Ruminiyyə... Ərminiyyə...

Necə?!  Ərminiyyə?!

Bizansla ermənilərin nə əlaqəsi? Yoxsa Bizansı ermənilər qurublar? Qəribə sualdır, eləmi? Bütün dünya bilir ki, Bizans eramızın dördüncü əsrində Roma imperatorluğunun parçalanması nəticəsində yaranmışdı və Qərbi Roma imperatorluğu kimi o da latındillilərin məmləkətiydi. Elə isə əvvəlcə başqa suala cavab verilməlidir. Bu gün belə özlərini “hay” hesab edən bir xalq niyə dünyada “erməni” kimi tanınmaq istəmişdir?

Böyük bir məqsəd olmazsa durduğu yerdəcə hər hansı bir xalq öz adına başqa bir ad da əlavə edərmi? Miladdan əvvəl on beş-on altıncı əsrlərdə Hett yazılarındakı “Armata”... Miladdan altı əsr əvvəl Bisütun qayalıqlarındakı ”Armina”, “Arminuya”... Bunların haylarla nə əlaqəsi varmış? “Kiçik Asiyada dənizdən dənizə Böyük Ərminiyyə”... Haylar deyirlər onlar belə bir imperatorluq qurublar və səlib yürüşlərindən bu yana min illərdir  onu bərpa etmək üçün çalışırlar.

Kiçik Asiya, yəni indiki Türkiyə ərazisi dörd dənizin - Aralıq dənizi, Egey dənizi, Mərmərə dənizi və Qara dənizin əhatəsindədir. Dənizdən dənizə bu torpaqlar dördüncü əsrdən on birinci əsrə qədər Bizansın tabeliyində olub. Kiçik Asiyada bunlardan başqa dəniz yoxdur. Digər məsələ də çox önəmlidir: haylara görə Böyük Erməniyyədə xristianlıq dördüncü əsrin başlanğıcında qəbul olunub. Amma iş bundadır ki, Roma imperatoru Konstantin də xristianlığın Bizansda qəbulunu rəsmən dördüncü  əsrin birinci yarısında elan  etmişdi. Burada nə isə əcaib bir saxtakarlıq rüzgarı əsmirmi? Eyni vaxtda eyni ərazidə eyni dini qəbul etmiş iki böyük  dövlət?! Bax, bu paradoksa izah  verməyə  çalışacağam.

Yeddinci əsrin birinci yarısında gənc ərəb xilafəti tarix səhnəsinə yenicə çıxdığı vaxtlarda dünyada iki nəhəng imperatorluq boğuşmaqdaydı; latındilli Bizans və farsdilli Sasani imperatorluqları. Sasanilər artıq qüvvətdən düşmək üzrə idilər. Bizans isə bu boğuşma nəticəsində Suriyada, İraqda, Misirdə, Qafqazda xeyli torpaqlara sahib olmuşdu. Babalarımız albanlar o zamanlar xristian idilər. Alban çarlığı müstəqilliyini qoruya bilmişdi, amma bəzi torpaqlarını Bizans əlinə almışdı. Bizanslılar ölkələrinə Roma, özlərinə isə romey / romalı / deyirdilər, ona görə də dənizdən dənizə bu böyük imperatorluğun torpaqlarına ərəblər ər-Ruminiyyə deyirdilər, buralardakı insanlara isə romeylər və ya rumilər mənasında ər-rumin, ər-romeyyan, ər-rumiyyan. Təhrif olunmuş forması ilə desək  “ərmini” , “armiyyan”. Birinci üç xəlifə dövründə, yəni 632-ci ildən 651-ci ilə qədər ərəblər Sasanilərin bütün torpaqlarına sahib oldular. Sonra isə Bizansın Suriyadakı, İraqdakı, Qafqazdakı torpaqlarının çox hissəsini xilafətə qatdılar. Bizans əsrlərlə addım-addım şərq tərəflərə genişlənib Dvin şəhəri civarında yaşayan “hay” adlı azsaylı yolkəsən, karvanbasan tayfaları da öz içinə almışdı; bu  tayfalar hələ Bizansın yaranmasından bir neçə əsr əvvəl, Makedoniyalı İskəndərin şərqə müzəffər yürüşləri zamanı Balkanlardan bu yerlərə gəlmiş yunan-roma qaraçılarının törəmələri idi, bəziləri oturaq həyata  keçsə də, əksəriyyəti  hələ də qaraçı taborları halında yaşamaqda idi. Yunanlar da, romalılar da onları məhz qaraçı olduqlarına görə adam yerinə qoymaz, dövlət işlərinə yaxın buraxmaz, bir sözlə, onları Roma vətəndaşı olan romeylərdən, yəni ər-romeyyanlardan / armiyyanlardan / hesab etməzdilər. Oturaq həyata keçənlər yunan-fars qarışığından olan törəmələr idi, nə yunan, nə də fars ola bildikləri üçün onlar da özlərini hay hesab edirdilər, amma genlərindəki iki böyük imperatorluğun izləri onları tabor həyatından uzaqlaşdırıb şəhərlərə çəkirdi, qarışıq  nikahlardan  olduqları  üçün də  qızları xüsusi gözəllikləri  ilə seçilirdi.

 Ərəb hücumlarına davam gətirə bilməyən Bizans o  torpaqlardan da, Qafqazdan da geri çəkilməyə məcbur oldu. Ərəblər bu Rum ölkəsindən,  Ərruminiyyədən yenicə qopardıqları torpaqları, yəni Qafqazdakı bəzi gürcü və Azərbaycan torpaqlarını, bir də Dvin ətrafındakı qaraçı hay taborlarının yaşadıqları torpaqları bir tək valilikdə birləşdirib adını “ər-Ruminiyyə” qoydular. Bu valilik xilafətin dördüncü əmirliyinin tərkibində idi. Əvvəlcə paytaxtı Dvin idi, amma valilikdə yaşayanlardan ancaq azərilərin islamı qəbul etdiklərini görən xəlifə Harun ər-Rəşid 789-cu ildə paytaxtı Bərdə şəhərinə köçürtdü. Bax, bu valiliyə haylar sonralar “Kiçik Ərminiyyə” demişlər. Söz niyə təhrif olunmuşdu? Çünki haylar o zamanlar istəsəydilər də “ərruminiyyə” yaza bilməzdilər, əlifbalarında  “u” hərfi yox idi.. Əlifbalarına “f”, “o” və “u” hərflərini on ikinci əsrdən sonra qəbul etdilər.

Kiçik ər-Ruminiyyə... Kiçik Rumilər ölkəsi... Bəs niyə kiçik?

Çünki ər-Rumiyyanların Böyük ər-Ruminiyyəsi, təhrif dillə desək, armiyyanların Böyük Armeniyası Bizansın özü idi. Dənizdən dənizə. Nəhəng. Paytaxtı da Konstantinopol. Bu valilik isə ondan qoparılmış kiçicik bir parça idi.

Valilik doqquzuncu əsrin səksəninci illərində parçalandı. Gürcülər gürcü, azərilər azəri, farslar fars olaraq qalmalarında davam etdilər. Amma o zamana qədər xalq kimi formalaşmayan haylar bu “ərruminiyyə”, “ərrumiyyan” kəlmələrindən köpək sümükdən yapışan kimi elə bərk yapışdılar ki, Ani şəhərindəki kiçicik knyazlıqlarına “Hayastan çarlığı” əvəzinə “Kiçik Ərminiyyə çarlığı” deməyə  başladılar.

On birinci əsrdə Səlcuq türkləri Bizansı Kiçik Asiyadan qovduqdan, ardınca da Yerusəlim alındıqdan sonra Avropa səlib yürüşlərinə başladı. Türklər taborlarda yaşayanlara toxunmadılar, ümumiyyətlə, tarix boyu müharibələrin dağıdıcı rüzgarı qaraçı tayfalarından, demək olar ki, yan keçib, onlar indi də, əgər belə demək mümkünsə, bəşəriyyətdən kənar bir bəşəriyyət kimidirlər. Onlar türklərə Bizanslıların onları adam yerinə qoymamaları, onlara əsrlərlə bir çimdik torpaq verməmələri haqda o qədər şikayət etdilər ki, türklər rəhmə gəlib onlara Aralıq dənizi sahilində kiçicik Kilikiya torpağını pay verdilər. Və nə başladısa bundan sonra başladı. O torpaq onlara azlıq etdi. Avropanın səlib yürüşlərinə başladığını fürsət bilib “Böyük Ərminiyyəni bərpa etmək” üçün ara qarışdırmağa başladılar. Əvvəl Avropa hökmdarlarına, monqollar yeri-göyü lərzəyə saldıqları vaxtlarda isə monqol xaqanlarına müsliman türklərdən şikayət etdilər ki, güya Kiçik Asiyada bir zamanlar dənizdən dənizə böyük imperatorluqları olmuş, xristianlığı da dördüncü əsrin başlanğıcında qəbul etmişlər / bu, xüsusilə vurğulanırdı, çünki səlibçilərin ilkin vaxtlarda əsas məqsədləri Yerusəlimdə həzrət İsanın ziyarətgahını yadlardan xilas etmək idi /, amma türklər hər şeylərini məhv etmişlər. Böyük imperatorluq qurmağa əsla yetməyəcək dərəcədə az olmalarına da belə bəhanə uydurdular ki, öncələr sayları çox idi, onları türklər yox etdilər, minlərcə kilsələrini dağıtdılar. Marko Polo, Karpini, Rubruk kimi kəşfiyyatçı-missionerləri gördükləri zaman katolikosları belə artistliklərindən utanmadan göz yaşlarını sel kimi axıtdılar: “Ruhlar cənnət qapılarında xilas olmaq üçün İsa Məsihin gəlişini necə gözləyəcəksə, biz də sizlərin  /avropalıların / gəlişini eləcə səbirsizliklə gözləyirik. Bizi türklərin bu uzun əsarətindən qurtarın... “/Gilyom de Rubruk, 1253-cü il. “Şərq ölkələrinə səyahət”/.

Diqqət edin, sevgili türklərim, erməninin bugünkü düşmənliyi haralardan gəlir?! Bu iş bu günün, dünənin, yüz ilin, iki yüz ilin söhbəti deyil. Aldanarsınız. Söhbət səkkiz yüz il əvvəllərdən gedir. Səkkiz yüz il!!!  Bunu yazan sadə birisi deyil, Avropa kralının şəxsi göstərişi və məktubu ilə uzaq Monqolustana, monqol xaqanının yanına göndərilən bir kəşfiyyatçıdır, din pərdəsinə bürünüb rahib adı altında yola çıxmış ki, o uzaqlıqda yolu sağ-salamat gedib qayıda bilsin. O sözləri də ona Qafqazdan keçərkən bir erməni katolikosu deyir.

Avropalılar bu xəstə fantaziyalara inanmaqla hayları möhtəşəm Bizans tarixinə varis etdiklərinin fərqində idilərmi görəsən?  Belə çıxır ki, bəli.

Bu minillik möhtəşəm tarixə heyrət ediləcək bir incəliklə, ustalıqla murdar hay əlinin girməsini görməmək də mümkün deyildi. Məsələn, məlumdur ki, eramızın 387-ci ilində Roma ilə Sasanilər arasındakı müharibədə iranlılar Romanın Kiçik Asiya şərqindəki torpaqlarının çoxusuna sahib oldular. Haylar bu tarixi faktın üsütündə baxın necə incə bir cərrahi əməliyyat aparmışlar. Yazırlar ki, 387-ci ildə Sasanilər Ərminiyyənin də yarıdan çoxunu işğal etdilər.Yəni Romanın şərqdəki torpaqları bir tərəfə, Ərminiyyənin də torpaqları işğal edildi. Tarixi bilməyən adamlarda bu bir tək cümləylə “optik aldanış” yaranır; qeyri-ixtiyari olaraq beyinə yeriyir ki, bu Ərminiyyə deyilən şey ya Romadan ayrı müstəqil bir dövlət imiş, ya da Romanın içində olmuşsa da, varlığını bir muxtariyyət kimi sürdürə bilmişdir. Əslində isə Roma o savaşda öz Rum torpaqlarının, yəni Ərruminiyyənin Kiçik Asiya şərqindəki torpaqlarını itirmişdi. İşğal edilən Ərminiyyənin torpaqlarıdırsa, Ərminiyyə ər-Ruminiyyə deməkdirsə, ər-Ruminiyyə isə Rum torpaqları, Roma torpaqları deməkdirsə, Hayastanın bu məsələyə nə aidiyyəti var?!

Və ya yazırlar ki, altıncı əsrin sonunda Sasanilər Ərminiyyənin çox hissəsini Bizansa verməli oldu. Hansı Ərminiyyənin? Əgər söhbət ərəb xilafətinin dördüncü əmirliyinin tərkibində olan Ərminiyyədən gedirsə, valilik bir tərəfə, o vaxt heç ərəb xilafətinin özü belə mövcud deyildi. Xeyr, xeyr, söhbət məhz Bizans torpaqlarının Bizansa verilməsindən gedir. Daha doğrusu, altıncı əsrin sonlarında Bizansla Sasanilər arasında müqavilə bağlanır və bu müqaviləyə görə iranlılar 387-ci ildə işğal etdiyi torpaqları Bizansa geri verməli olurlar, vəssalam. Yəni Ərminiyyənin torpaqları Ərminiyyəyə də geri qaytarılır. Yenə də sual olunur: canım, bunun Hayastana nə dəxli var?

Daha bir misal. Məlumdur ki, miladdan əvvəl 190-cı ildə romalılar Selevkiləri /yunanları/ məğlub etmiş və onların Kiçik Asiyadakı torpaqlarına sahib olaraq oranın idarəsini öz əllərinə almışdılar. Hayların cərrahi əməliyyat apardıqları tarixə görə isə hadisə belədir: miladdan əvvəl 190-cı ildə Ərminiyyə Selevkilərdən ayrılıb müstəqilliyini elan etdi. Qısa və aydın. Amma... Allah, Allah! Bəs Roma harada qaldı? Bədbəxt romalılar o zamanın böyük yunan imperatorluğu olan Selevkilərə qalib gəldilər ki, Kiçik Asiyaya sahib olsunlar, amma qalib gələn kimi dünənə qədər  ordusu-filanı olmayan, əsarət altında qalan  haylar o torpaqlara sahib çıxdı?! Və qüdrətli romalılar da bu əcaib işə sakitcə durub tamaşa etdilər?! Xeyr. Artıq bildiyimiz kimi, Ərminiyyə Bizansdır, ona görə də belə başa düşmək lazımdır ki, o savaşda gələcəkdəki Bizans torpaqları imperiyaya qatılmışdı, vəssalam. O torpaqları idarə etmək üçün də Roma canişin təyin etmişdi. Bax, həmin o canişini min illər sonra haylar “müstəqil Ərminiyyənin çarı” kimi tarixə soxublar. Qəribədir, başqa xalqların qanlar, qırğınlar bahasına adlarını yazdıqları tarixə bu qaraçı tayfası necə də asanlıqla addım-addım girə bilmişdir! Ər-Ruminiyyə sözünü mənadan uzaq Ərminiyyə halına salıb yumşaq kreslolarda şərab içib ağlaya-ağlaya , qələmlər ucunda, vicdan əzabı çəkmədən, utanmadan..

İndi yazımın başlarındakı sualımı başqa cür verməyə məcburam.Yəni Bizansı ər-rumiyyanlar / armiyyanlar/ deyil də, haylarmı qurmuşlar? Təbii ki, buna hayların özləri də “yox” deyəcəklər. Çünki onlar Bizansdan deyil, Böyük Ərminiyyədən və bu dövlətdə dördüncü əsrin başlarında xristianlığı qəbul etmələrindən danışırlar. O halda o əsrin başlarında o ərazidəcə xristianlığı qəbul etmiş Bizans həmin bu  “hay Ərruminiyyəsinin”  harasında imiş?

Deməli, Bizansı ər-romeyyanlar, ər-rumiyyanlar, sözün indiki halı ilə desək armiyanlar qurublar. Rumilər ölkəsi ər-Ruminiyyə, Ərminiyyə, Ərməniyyə, Erməniyyə, sözün indiki halı ilə desək, Armeniya Bizansın özü imiş. İndiki saxta Armeniya və armiyanlarla qarışdırmayın. İndiki saxta Armeniya əslində Hayastan, saxta armiyyanlar isə haylardır. Bəli, bəli, həmin o uzaq illərdə qaraçı taborlarında yaşayan yunan-roma qaraçılarından törəmələr, bir də yunan-fars qarışıqlarıdır. Bizans Kiçik Asiyadan çıxarıldıqdan sonra bu həyasız qaraçı törəmələri onun haqqına sahiblənmək üçün özlərinə “ərmini”, “armiyyan” deyiblər.Yəni, məsələn, sabah Rusiya çökərsə çukotiyalıların və ya Buryat moğollarının özlərinə “rus” deyib Böyük Rusiyanı bərpa etməyə çalışması kimi bir şey. Hett yazılarındakı “Armata” kəlməsinə gəlincə... bu, latınca, sadəcə, “ordu”, “qoşun” deməkdir.

İndiki rumın xalqının məmləkəti adlanan Romania kəlməsində birinci “a” hərfinin üstündəki ox işarəsi yuxarıya tərəfdir, buna görə də rumınca bu hərf  “ı” kimi oxunur.Yəni Romınia. Ərəbcəsi necədir? Ər-Rominiyyə. Bir sözlə, hayların təhrif diliylə Ərminiyyə, Armeniya. Qəribədir, əsrlərlə türklərlə hayların əliylə “Armeniya” oyunu oynayan avropalıları on doqquzuncu əsrdə birdəncə nə qorxutdu ki, Osmanlıdan qoparılmış latındilli Moldova və Valaxiya torpaqlarını 1862-ci ildə bir knyazlıqda birləşdirib adını “Romıniya” qoydular? Başqa ad tapmadılarmı, yoxsa “xəstə adam”  dedikləri Osmanlının son dövrünü yaşadığını hiss edib türkləri Kiçik Asiyadan çıxaracaqları halda “qızın əsl adaxlısının haylar deyil, özləri olduğunu“ bildirmək istədilər? Bəli. O zaman Rusiya çox qüvvətlənmişdi, Osmanlını bir sıra ağır məğlubiyyətə uğratmış bu nəhəng imperiya avropalıların Kiçik Asiyaya yolu üstündə Bolqarıstan adlı özü kimi pravoslav-slavyan çarlığını qurmaq və gələcəkdə Kiçik Asiya torpaqlarında hayların Ərminiyyəsini yaratmaq planlarını gizlətmirdi. Öz oyunlarına özlərinin gəldiyini görən latındillilər, bu haqq-ədalət carçıları da bu üzdən dərhal erməni təəssübkeşliyini unutmuş, Bizansın əsl varislərinin özləri olduqlarını bildirmək üçün dərhal kartlarını açmışdılar. Yoxsa yeni ortaya çıxardıqları latındilli məmləkətə ərəb köklü “ruminiyyə” sözündən gəlmə “romıniya”  adını niyə verirdilər?

Bəli, üstündən on altı il keçdikdən sonra, yəni 1878-ci ildə Rusiya Osmanlıdan bolqar torpaqlarını azad edir, amma avropalılar - Böyük Britaniya, Avstriya-Macarıstan, Almaniya müstəqil Bolqarıstanın yaradılmasına mane olur. Bolqarıstan parçalanır; şimalda Osmanlının vassalı olan Bolqar knyazlığına, cənubda isə Osmanlının tərkibində  Şərqi  Rumeliyə bölünür.Yəni Osmanlı hələ ayaqda dura-dura, türklər Kiçik Asiyadan getməyi ağıllarına belə gətirmədikləri halda gələcək Ərminiyyə-Bizans üçün didişmələr başlayır.

Həqiqətən də, Bizansın əsl varisləri indiki saxta ermənilərdisə, niyə o imperatorluğun rəsmi dövlət dili dördüncü- altıncı əsrlərdə latın dili, yeddinci əsrdən sonra isə yunan dili olmuşdur? İmperatorluğu qurduqdan sonra torpaqların böyüklüyünü görüb kütləvi şəkildə dilləri qurumuşdumu ?

Bütün qaraçıların böyüyü hesab edilən “baron”un iqamətgahı Moldovanın şimalında, Soroka şəhərindədir. Rumın-moldovan qaraçıları olan “romal”ların əcdadları Roma imperiyasındakı qaraçılar olmuşdur, beşinci əsrin ortalarında Atillanın başçılığı altındakı hun türklərinin Çindən Avropaya müzəffər yürüşü zamanı Böyük Roma imperiyası sarsılıb dağılmağa doğru üz qoyanda bu qaraçıların xeyli hissəsi yeni gözəl və sakit yerlər axtara-axtara indiki Rumıniya ərazisinə köç etmişdilər. Makedoniyalı İskəndər zamanında Kiçik Asiyaya köç edən haylarla bu romalların köç vaxtları və marşrutları  fərqli olsa da, onlar eyni ağacın budaqlarıdır. Əlbəttə, indiki Hayastanın oturaq həyat sürən, müasir dəbdə geyinmiş bu günkü insanlarına baxdıqda onların qaraçı əsilli olduqlarına inanmaq çətindir, çünki beyinlərə həkk olmuş bir qaraçı tipi vardır; günlərlə daraq dəyməmiş pırtlaşıq saçlı, aylarla yuyulmamış qat-qat uzun tumanlı, sanki illərlə su və sabun görməmiş, bulud kimi boz sifətli iyli qadın gediş-gəlişi gur küçədə yerdəcə oturub gələn-gedənə əl açır, əgər yanında gözlərindən cin yağan uşaqları çoxdursa, birisi mütləq böyük bir şalla kürəyinə bağlı olmalı. Bəli, bu stereotipi dəyişmək o qədər də asan məsələ deyilidir. Qaraçıdırsa məhz belə olmalıdır. Amma heç yolunuz Moldovanın həmin o qaraçı baronunun yaşadığı şəhərə düşdümü? Göz oxşayan villaları, son model bahalı maşınları, bəlkə də hər üçündən biri dünya gözəlləri ilə bəhsə girə biləcək füsunkar Soroka gözəllərini görsəniz nə deyərsiniz? Onlara qaraçı deməyə diliniz gələrmi? Şəxsən mənim beynimdəki qaraçı tipi o şəhəri ilk gördüyümdə dəyişdi; hətta barmağımı dişləyib öz-özümə dedim ki, vay aman, qaraçı mənəm ki. Amma onlar haylardan fərqli olaraq qaraçı olduqlarını danmırlar, əksinə, bununla fəxr edirlər. Xalqın adına da heç bir başqa ad əlavə etməmişlər. /Görəsən Atilla romalıları Apennin yarımadasından, yəni indiki İtaliya ərazisindən qovub oraya öz hun türklərini yerləşdirsə idi, indi həmin bu qaraçılar da haylardan nümunə götürüb Böyük Roma imperiyasını bərpa etmək üçün adlarını dəyişərək siyasət meydanına atılardılarmı? Kim bilir? Hər halda əminəvələri sayılırlar, qanları birdir qırılmışların./.

Amma latındillilər Rusiyanın “hay ərminiyyəsinə” qarşı öz  “ruminiyyə”lərini qoysalar da, heç bir tərəfin gözlədiyi kim olmadı. Birinci Dünya Savaşının sonunda avropalıların Osmanlını parçalamağa qol çırmadıqları bir vaxtda Atatürkün heç gözlənilmədən siyasət meydanına atılması, xilafəti qurban vermək bahasına olsa da Türkiyəni “dişləri,  dırnaqları ilə qoruyub” Kiçik Asiyada yeni bir dövlət qurması ilə bütün planlar pozuldu. Ona görə də hayların bunca usta saxtakarlığına xristian dünyası bu gün də özünü inanmış kimi göstərməyə məcburdur. Cürbəcür hüquq və azadlıqlar pərdəsi altında erməni təəssübkeşliyi bu gün də dəbdədir. Səbəb artıq bəllidir: erməni nə edirsə susun, çünki Bizansın bərpası üçün edir. Səlib yürüşləri zamanında da, Birinci Dünya Savaşında da latındillilərin türkləri arxadan, öz içlərindən vurmağa , qanlarını içməyə hər an hazır olan  hay adlı xain, qəddar, insanlıqdan uzaq bir “Armata”ya son dərəcə ehtiyacları olmuşdur; haylar onlara özləri kimi türklərə nifrəti olan ikinci bir xalq tapmayacaqlarını qalib qoşunların arxasında gələrək köməksiz qalmış, əsir düşmüş insanlara amansızcasına divan tutmaları ilə çoxdan sübut etmişlər. Və nə qədər ki İstanbul da, Kiçik Asiya da türklərin əlindədir, xristian dünyasının belə bir  “Armata”ya  hər zaman ehtiyacı olacaq. Böyük Ərminiyyə adı altında  Ər-Ruminiyyəni, yəni rumilər ölkəsi olan Bizansı bərpa etmək xatirinə.

Erməni məsələsində xristian dünyasından müsbət həll umanların, onların körpə uşaqlar kimi saf olduqlarını deyib, haqqı nahaqqa verməyəcəklərinə inananların bu dediklərimə etirazları indidən qulaqlarımda gurlayır. Amma xatırlatmaq istəyirəm: okeanın o tayında, planetin o üzündə, Cənubi Amerikada Kolumbiya adlı bir latındilli xristian məmləkəti var. Orada mərkəzi Kordilyer dağlarının qərb yamaclarında bir şəhər var. Kindio departamentinin mərkəzi olan bu şəhərin adı Armeniyadır. Ar-me-ni-ya! Bu yəni sizə heç nə demirmi? Hayların xatirəsi üçün verilməmişdir o ad, o zaman şəhərin adı Hayastan olmalı idi. Bizansın xatirəsinə verilmişdir. Demək hamı hər şeydən xəbərdar imiş. Bizdən başqa. Həm də çoxdan xəbərdar imiş. Lap o uzaq səlib yürüşləri zamanından. Ona görə də haylar deyəndə ki, “bizim Ərminiyyə adlı böyük bir imperiyamız olmuşdur”, nəhayət dərk etmək lazımdır ki, onlar “bizim” sözü ilə bütün xristian aləmini nəzərdə tuturlar və elə təkcə bununla da xristian dünyasının müsliman türklərlə əsrlərlə oynadıqları “Ərminiyyə” adlı şahmat oyununda özlərinin irəli verilmiş piyadalar olduqlarını sübut etmiş olurlar. Əsl oyunçular isə pərdə arxasındadır, demokratiya və insan hüquqları pərdəsi arxasında. Əsl həqiqəti - Armeniya sözünün Bizansa aid olduğunu gizləməklə bu pərdəarxası oyunçular bugünkü saxta Armeniyaya Qarabağın işğalı məsələsində maddi-mənəvi dəstək vermələrini, sadəcə, “əzabkeş haylara” dəstək kimi qələmə verə bilirlər; axı xəritədə Armeniya Hayastandır. Hiyləgərliyin böyüklüyünü, həm də dünya miqyasında hiyləgərliyin böyüklüyünü görürsünüzmü? Taktika da var, strategiya da. Amma gizlincə. Hərəkətə keçmək, saxta Armeniyaya torpaq birləşdirib ərazisini böyütmək üçün isə ya Türkiyədə, ya da Azərbaycanda erməni qırğını “düzəltmək”  lazımdır, təbii ki, xristian dövlətlərinin xüsusi xidmət orqanlarının əli ilə. Yalnız o zaman Hayastana dünyanın gözü önündə utanmadan açıq-aşkar dəstək vermək olar, əzilən bir xalqı müdafiə adı altında.

Zülmə uğramış əzabkeş xalq obrazı yaratmaq bu televiziya-internet əsrində çox asandır, sadəcə, bir azca vicdanı itirmək lazımdır. Ona görə də öz xalqının övladlarını qırğına verərək bu qırğının günahını sözə baxmayan zəif xalqların üstünə atmaqla onları cəzalandırmaq metodu son çağlarda nəsə dəb halını alıb. Allah axırını xeyir eləsin..
Bir qrup ermənilər Moskva “KQB”si ilə əlbir olub 1988-90-cı illərdə Sumqayıtda, Bakıda erməni qırğını törədirlər, sonra da bunun təqsirini üstümüzə atıb bizi bütün dünyada vəhşilər kimi təqdim etməklə Azərbaycan torpaqlarının nə az-nə çox, 20 faizini işğal etmək üçün özlərinə haqq qazandırmış olurlar.Və ya 1999-cu ildə Moskvada, Volqa-Donskda bir sıra yaşayış binaları partladılır, yüzlərlə günahsız insan qırılır və ruslar bu işi çeçenlərin üstünə atmaqla ikinci dəfə Çeçenistana hücum etməyə haqq qazanırlar. Amma daha bir binanı da partlatmaq üçün zirzəmiyə xeyli partlayıcı maddə ilə girən şübhəliləri həmin binanın sakinləri yaxalayanda məlum olur ki, onlar çeçen deyillər, xalis ruslardır, həm də Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdırlar. Onların güya sakinlərin diqqətli olub-olmadıqlarını yoxlamaları barədə uydurmaları, təbii ki, heç kimsə üçün maraqlı olmur, çünki o biabırçılıqdan sonra bütün Rusiya ərazisində bina partlayışları nədənsə qəfildən susur; doğrudan da, əvvəlki binaları çeçenlər partlatmışdılarsa, niyə bu hadisədən sonra hər şeyə nöqtə qoyulur? 
Və ya 2001-ci ildə Amerikada əkiz qüllələrə və Pentaqona təyyarələr çırpılır və amerikanlar bu işi müslimanların üstünə ataraq Əfqanıstana hücum etmək üçün haqq qazanırlar. O təyyarələrdən birisi güya Ağ Evə, birisi də Mərkəzi Kəşfiyyat İdarəsinin binasına düşəcəkmiş, yaxşı ki təyyarədəki qəhrəmanlar buna mane olublar. Qəribədir, planı quranlar həmin bu iki binada oturanlar imişsə, təyyarələrdən ikisi bumeranq kimi özlərinə necə qayıda bilərdi?!  

 Deyəcəksiniz Bizans artıq bir xəyaldır, gör aradan nə qədər   keçib.

Yox, yox, yox!!! Belə düşünsəniz aldanarsınız və xristian dünyasının haylara, sadəcə, bir xristian xalqı kimi tərəf çıxdığını hesab edərsiniz. Deyək ki  Bizans xəyaldır. Türklərin  Kiçik Asiyada  bu günəcən də yaşamaları və bir türk paşasının yüz il qabaqkı sözü ilə desəm,  “oturan yerim boyda olan bir məmləkətin” qocaman Türkiyəyə torpaq iddialarıdamı xəyaldır? Yoxsa torpaq iddialarının hayların özlərindən gəldiyinimi düşünürsünüz?

Bizans bizlər üçün xəyal ola bilər. Sözüm yox. Xristianların isə möhtəşəm dünənidir. Çünki o, Böyük Roma imperiyasının davamçısı idi və o da onun kimi  “müqəddəs imperiya” hesab edilirdi. Müqəddəs!

Anlaya bilirsinizmi?

Mətləbə dəxli olmasa da onu da deyim ki, şəhər dəniz səviyyəsindən 1500 metr yüksəklikdədir. Kolumbiyadakı Armeniyanı deyirəm. Özü də qəhvə istehsalı və emalı ilə məşğuldur. Qəhbə deyil  aaa, qəhvə istehsalı ilə, qəhvə. Ağlınız Yerevana getməsin. Kolumbiya Hayastan deyil.

Mirzə Hacıyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir