Modern.az

Builki məzunlar Məleykə Abbaszadənin ümidlərini doğrultmayıblar

Builki məzunlar Məleykə Abbaszadənin ümidlərini doğrultmayıblar

13 Avqust 2010, 13:18

“Qəbul imtahanlarında builki məzunların 50 faizi 200 baldan az nəticə göstərərək məqbul ala bilməyib”. Modern.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə deyib ki, orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunların qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəkləri güman olunsa da, bu ehtimal özünü doğrultmayıb.

TQDK sədri deyib ki, builki qəbul imtahanlarında 2010-cu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb.

Vüqar Ağamalıoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi