Modern.az

Gələn həftədən "Qafqazinfo.az" adlı yeni internet qəzet fəaliyyətə başlayır

Gələn həftədən "Qafqazinfo.az" adlı yeni internet qəzet fəaliyyətə başlayır

13 Avqust 2010, 13:47

Gələn həftədən yeni internet qəzet fəaliyyətə başlayacaq. Qəzet www.qafqazinfo.az ünvanında yerləşəcək. Bu barədə Modern.az-a qəzetin direktoru Elbrus Seyfullayev məlumat verib. Onun sözlərinə görə, saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər,  digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılacaq. 
Bundan basqa, yaradılan internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayacaq. Bu yeni media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə biləcəklər. Redaksiyada və qəzetin internet saytında "qaynar-xətt" fəaliyyət göstərəcək ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları olacaq.
"Qafqazinfo.az"ın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edib.

"Qafqazinfo.az"ın direktoru Elbrus Ərud (Seyfullayev), redaktoru Elnur Məmmədlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir