Modern.az

Pedaqoji işçilərin konfransı keçiriləcək

Pedaqoji işçilərin konfransı keçiriləcək

Ölkə

13 Avqust 2010, 14:46

Təhsil Naziri Misir Mərdanov təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirin sözgedən əmrinə əsasən, 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə bu il 6-14 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon  (şəhər) konfransları keçirilməlidir.

Təhsil Nazirliyinin məlumatına görə, 2010-cu ildə respublikada 12380 yerlik 34 yeni məktəb inşa olunub, 25 məktəbin tikintisinə başlanılıb. 6 məktəb əsaslı təmir edilib, 356 məktəbdə ehtiyaca görə təmir işləri aparılıb. 64 rayona 27.414 parta, 2315 yazı lövhəsi, 4313 yazı masası və 7662 müəllim stulu göndərilib. 115 məktəbdə müasir kimya və fizika laboratoriyası quraşdırılıb, 66 məktəbin kitabxanası zəruri avadanlıqlarla təchiz olunub. Bunlardan əlavə, 73 məktəbə 200 noutbuk, 200 proyektor, "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəbə 300 kompüter, 336 netbuk verilib, 20 min müəllim, 4 min inzibati və 600 texniki heyət işçisi İKT üzrə öyrədici treninqlərdən keçirilib.

2010-2011-ci dərs ili üçün 111 adda 4 milyon 506 min 650 nüsxə dərslik və metodik vəsait çap olunaraq yerlərə çatdırılıb. Bunlardan 40 adda 1 milyon 888 min 250 dərslik və metodik vəsait yeni fənn kurikulumları ilə işləyəcək III siniflər üçün nəzərdə tutulub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür