Modern.az

Baş Prokurorluq məsciddə yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı araşdırma aparır

Baş Prokurorluq məsciddə yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı araşdırma aparır

13 Avqust 2010, 15:22

Bəzi kütləvi informasiya vasitələrində Göyçay şəhər məscidinin ruhanisi Əsgər Babayev tərəfindən işlədiyi məsciddə yetkinlik yaşına çatmayan qızla əxlaqsız hərəkətlərə yol verildiyi barədə informasiyalar dərc olunub və bu hərəkətləri özündə əks etdirən video kadrların internet şəbəkəsi vasitəsi ilə yayımlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, məsciddə yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı KİV-lərdə dərc olunmuş məlumatlar Baş Prokurorluq tərəfindən araşdırılır. Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin xüsusatların təcili araşdırılması və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi barədə konkret göstərişlər verilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?