Modern.az

Kim ki yüz il yaşamırsa... - Turp-kiçik tərəvəzin böyük faydaları

Kim ki yüz il yaşamırsa... - Turp-kiçik tərəvəzin böyük faydaları

24 Noyabr 2014, 22:58


Şərq təbabətində turp vaxtsız yaşlanmaya, qocalmaya qarşı dəyərli vasitə kimi dəyərləndirilib. Turpun tərkibində olan askorbin turşusunun hüceyrədaxili qişalara müsbət təsiri onun orqanizm üçün faydalı olduğunu söyləməyə bir daha əsas verir.

Modern.az-ın məlumatına görə, turpun tərkibində olan fosfor, natrium, dəmir, kalsium, maqnezium kimi mikroelementlər orqanizmdə maddələr mübadiləsinin normal prosesini təmin edir, qan dövranını yaxşılaşdırır.

Bu kiçik tərəvəz ürək damar sisteminə müsbət təsir göstərir, qanda hemoqlobinin səviyyəsini artırır, orqanizmin immun sistemini gücləndirir.

Turp mikrobları öldürür, orqanizmin zərərli maddələrdən təmizlənməsinə kömək edir.

Bu tərəvəzin faydalı xüsusiyyətlərindən biri də, sinir sisteminə müsbət təsir göstərməsidir. O stressi və gərginliyi aradan qaldırır, normal yuxunu təmin edir.

Ağız boşluğunda, damaqlarda, diş ətində yaranmış problemlərə qarşı mübarizədə turp ən yaxşı vasitələrdən biridir.

Baş ağrılarının aradan qaldırılmasında da turpdan istifadə etmək olar. Turpun şirəsini çəkib boyun və gicgah nayihəsinə sürtməklə ağrılardan çox qısa bir vaxt ərzində yaxa qurtarmaq mümkündür.

Soyuqdəymə və boğaz ağrıları üçün turp təbii vasitədir. Bunun üçün turpla kök şirəsini qarışdırıb qəbul etmək müsbət nəticə verir.

Turp iştəhanı yaxşılaşdırmaqla yanaşı həzmi normallaşdırır.

Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.

Piylənmədən və şəkərli diabetdən əziyyət çəkənlərə qida rasionlarına müntəzəm olaraq turpun daxil edilməsi tövsiyə olunur. Turp qanda şəkərin səviyyəsini tənzimləyir.

Hamilə qadınlara da turpdan istifadə məsləhət görülür. Onun zəngin tərkibi hamiləlik dövründə olan qadının vitamin və minerallara olan tələbatının ödənilməsində olduqca dəyərlidir.

Turpun dadından və faydalarından tam bəhrələnmək üçün bu tərəvəzi alarkən diqqət yetirin ki, o bərk, üstü hamar və ləkəsiz olsun. Turp düzgün saxlanılmadıqda o boşalır, içərisi sanki çapılmış vəziyyətə düşür, üzərində xırda qara ləkələr yaranır. Bu isə o deməkdir ki, o öz faydalı xüsusiyyətlərini itirib.

Zob və mədə xəstəlikləri olanlar turpdan məhdudiyyətlə istifadə etməlidirlər.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir