Modern.az

MBASK jurnalistləri mükafatlandırıb

MBASK jurnalistləri mükafatlandırıb

Qarabağ

13 Avqust 2010, 15:44

MBASK Sığorta Şirkətinin sığortanın vacibliyi və Azərbaycanda sığortanın inkişafı ilə bağlı aktual problemlər barədə əhalinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə jurnalistlər üçün elan etdiyi “Azərbaycanda sığorta mədəniyyəti” adlı müsabiqəsi başa çatıb.

Şirkətdən Modern.az-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan 65 jurnalist keçib, lakin onlardan yalnız 18-i məqalə təqdim edib. Beləliklə, üç  nəfərdən ibarət olan müsabiqə komissiyasına (MBASK ASC SŞ İdarə Heyəti Sədrinin Birinci muavini Rəşad Abbasov, Azərbaycan Sığorta Şirkətlərin Assosiasiyasının icracı direktoru Qafar Məcidov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif  Əliyev) 17 məqalə  təqdim olunub (jurnalistlərdən 2 nəfər bir məqalə təqdim edib).

Münsiflər heyyəti qalibləri müəyyənləşdirimək üçün məqalələrdə  sığortanın cəmiyyət və fərdlər üçün əhəmiyyətinin izahını, sığortanin sosial təsirini aktual  faktlararla   əsaslandırılmasını, sığorta sahəsinda inkişaf perspektivləri və yarana biləcək problemlərdən cıxış yollarını əks etdirən meyarları nəzərə alıblar. Məqalə həmçinin professional standartlara uyğun olmalıymış və müsbət  ictimai rəyin formalaşdırılmasına xidmət etməliymiş.

Müsabiqənin qalibi “Paritet” qəzetinin müxbiri Fuad Hüseynzadə olub («Ən vacib sığorta»). Ona birinci dərəcəli diplom və 500 AZN dəyərində pul mükafati verilib.

İkinci yerə çıxan «Üç nöqtə«  və «525-ci qəzet»in müxbirləri Əfsun Sucayev və Pərvanə Sultanova (“Sığorta bazarını necə inkişaf etdirməli?” , “Sığorta gəlir mənbəyi, yoxsa sosial müdafiə vasitəsi?”) ikinci dərəcəli diplomla və 250 AZN dəyərində pul mükafati ilə təltif olunublar.

Üçüncü yeri isə «Zerkalo » qəzetinin müxbiri İrina Xalturina (“Otkazatğsə ot nadejdı na "avosğ"...”), «525-ci qəzet»in müxbiri Ülkər Nəbiyeva (“Bədbəxt hadisələrdən sığorta sisteminə özəl şirkətlərin cəlb olunması artır”)  və «Trend” İnformasiya Agentliyinin müxbiri - Ülviyyə İsmaylova («Obəzatelğnoe straxovanie ot nesçastnıx sluçaev kak dopolnitelğnıy impuls dlya razvitiya») qazanıblar. Onlara üçüncü dərəcəli diplom və 100 AZN dəyərində pul mükafati verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı