Modern.az

Nobelçi fiziklər

Nobelçi fiziklər

6 Oktyabr 2009, 19:17

İsveç Kral Elmlər Akademiyası fizika sahəsində Nobel Mükafatı alanların da adlarını bəyan edib. Onlar fiber-optik naqillər və rəqəmsal fotolarda istifadə olunan texnologiya üzərində işlərinə görə həmin mükafata layiq görülüblər.
Nobel Mükafatı məbləğinin yarısı Çin əsilli Britaniya və ABŞ vətəndaşı olan Çarlz Kaoya verilib. Kao fiber-optik sahədə yeni bir çığır açıb, onun hazırladığı üsulla nazik bir boru ilə rəqəmsal informasiyanı daha uzaq məsafələrə ötürmək mümkün olur.
Mükafatın qalan yarısı isə amerikalı Corc Smit və həm ABŞ, həm də Kanada vətəndaşlığı olan Uillard Boyl arasında bölünüb. Onlar rəqəmsal kameralarda istifadə olunan və görüntünü rəqəmlərə çevirən cihazın ixtira edilməsinə görə həmin mükafatı alırlar.
İsveçdə Elmlər Akademiyasında Fizika üzrə Nobel Komitəsinin rəhbəri Cozef Nordqren deyib ki, bu alimlərin hər üçü müasir şəbəkə cəmiyyətinin formalaşmasına birbaşa kömək ediblər.
Fizika üzrə Nobel Mükafatı 10 milyon İsveç kronu – təxminən 1.12 milyon manatdır. Oktyabrın 7-də kimyaçılar arasında Nobel Mükafatının qalibi elan ediləcək.
 




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir